1979-cu ildə indiki Sankt-Peterburqda “Onurğa Beyni Qan Dövranının Pozulması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, dəfələrlə təkmilləşdirmə kursları keçmiş və seminarlarda olmuşdur.
Karyera
Bakı şəhər 1 saylı Klinik Xəstəxanasının Nevrologiya şöbəsində işə başlamış və burada 44 il çalışmışdır.
1 saylı şəhər Klinik Xəstəxanasında işlədiyi dövrdə EEQ kabineti yaratmış, reflektoterapiya ilə məşğul olmuşdur.
Uzun illər Bakı şəhərinin baş nevropatoloqu olmuş, internaturada çoxlu sayda həkim-nevropatoloq hazırlamışdır.