1975-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
1975–1976-cı illərdə internatura keçmişdir.
Tibb üzrə fəlsəfə doktorudur.
Karyera
1978–2014-cü illərdə Respublika Endokrinoloji Mərkəzində həkim-metodist, həkim-endokrinoloq və daha sonra mərkəzin direktoru vəzifələrində çalışmışdır.
Müalicə etdiyi əsas xəstəliklərə qalxanvari vəzin patologiyaları, şəkərli və şəkərsiz diabet, cırtdanboyluq, cinsi çatışmazlıq və digər endokrin pozuntular aiddir.
Avropa Tiroid Assosiasiyasının və Avropa Endokrinologiya Assosiasiyasının ömürlük üzvüdür.
Endokrinologiya və diabetologiya sahəsində fəaliyyət göstərən beynəlxalq dərnək və assosiasiyaların konqreslərinin daimi iştirakçısıdır