FibroScan – qaraciyərin vəziyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuş, tam ağrısız və invaziv olmayan (biopsiyasız) bir müayinə üsuludur. Bu texnologiya qaraciyər toxumasının sərtliyini və piylənmə dərəcəsini ölçərək, fibroz və steatoz səviyyələrini müəyyən edir.
Ənənəvi olaraq bu məlumatlar yalnız qaraciyər biopsiyası ilə əldə olunurdu, lakin FibroScan sayəsində artıq qısa müddətdə və təhlükəsiz şəkildə nəticə almaq mümkündür.
FibroScan cihazı qaraciyərə çox zəif səs dalğası (vibrasiya) göndərir və toxumanın bu dalğaya qarşı müqavimətini ölçür. Nəticədə:
Müayinə təxminən 10 dəqiqə çəkir, tamamilə ağrısızdır və xüsusi hazırlıq tələb etmir (yalnız 3-4 saat ac olmaq kifayətdir).
Qaraciyərinizi yoxlamaq üçün artıq biopsiyaya ehtiyac yoxdur. FibroScan ilə təhlükəsiz, tez və rahat müayinədən keçin – sağlamlığınızı nəzarətdə saxlayın!
Mesaj yazın