1992-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur.
Karyera
1998-ci ildə 1 saylı Kliniki Tibbi Mərkəzin laboratoriyasında internatura kursu keçmişdir.
1999-cu ildə təyinatla Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Elmi Laboratoriya bölməsində elmi işçi kimi fəaliyyətə başlayıb.
2006-cı ildə Rusiya Elmlər Akademiyası Mərkəzi Elmi Tədqiqat Vərəm İnstitutunda molekulyar-genetika üzrə praktiki və nəzəri ixtisaslaşmış kurs keçib, diplom almışam, eyni zamanda Rusiya Elmlər Akademiyası Fizika Kimya Tibbi İnstitutunda sekvens üsulu üzrə təlimdə iştirak etmişdir.
2007-ci ildə Rusiya Elmlər Akademiyası V.A.Enqelqard adına Molekulyar Biologiya İnstitutunda bioloji mikroçip texnologiyasına əsaslanan PZR diaqnostika üzrə kurslarda iştirak edib, sertifikat almışamdır.
2013-cü ildə “İlkin aşkar olunmuş vərəmli xəstələrdə müxtəlif genotipli Mycobacterium tuberculosis-in multirezistent formalarının molekulyar-genetik kriteriyaları” mövzusunda fundamental elmi-tədqiqat işi aparmışamdır və Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışamdır, aparılan tədqiqaat işi QRAND mükafatına layiq görülmüş və bu layihə çərçivəsində daha geniş miqyaslı tədqiqat yönümlü araşdırmalar aparılmışdır.
2018-2022-ci il tarixlərində Kliniki, Biokimyəvi, İmmunoloji, Mikrobioloji, Patomorfoloji, Molekulyar-genetik bölmələrdən ibarət Kliniki Diaqnostik Laboratoriyanın şöbə müdiri vəzifəsində çalışmışamdır.
Hal-hazırda ET Ağciyər Xəstəlikləri İnstitutunda Aparıcı elmi işçi kimi fəaliyyətimi davam etdirirəm, Elmi Şüranın üzvü və Tibbi-Elmi Tədqiqat Etik Komissiyasının sədr müaviniyəm.
2019-cu il tarixindən Covid19 pandemiyasının başladığı müddətdən DİAMED klinikanın PZR laboratoriyasında molekulyar-genetika üzrə mütəxəssis həkim-genetik kimi çalışır.
26 illik iş fəaliyyətim ərzində PZR üsulun deteksiyasından aslı olaraq, elektroforez, FLASH-PZR, PZR Real-Time, Bioloçip texnologiyası və sekvens metodları üzrə müxtəlif bioloji nümunələrdə (qan, bəlğəm, BALJ, onurğabeyni mayesi, plevral maye, assit maye, sinovial maye, limfa düyünlərindən və ya sümük toxumasından götürülmüş punktat nümunələr, urogenital yaxmalar, sidik və sairə) müxtəlif infeksiyaların (bakterioloji, virusoloji) və mutasiyaların təyinində, eləcədə insan genomunun tədqiqi istiqamətində genetik analizlər etmişdir.
Molekulyar-genetika üzrə Beynəlxalq Konfranslarda (Rusiya, Gürcüstan) və müxtəlif tibbi mövzuları əhatə edən yerli Elmi-praktik Konqreslərdə, eləcə də “Akkreditasiya doğru laboratoriyanın İdarə edilməsinin gücləndirilməsi” mövzusunda seminarda (Moldaviya) və USAID/PHCS İlkin Səhiyyə Xidmətlərinin Güsləndirilməsi Layihəsi tərəfindən təşkil edilmiş “Sübutlu Təbabət və Kliniki Protokolların hazırlanması” üzrə təlimdə iştirak etmişdir.
Yerli və xarici mətbuatlarda dərc edilən 41 elmi publikasiyanın müəllifidir.