Qan azlığı (anemiya) – orqanizmdə qırmızı qan hüceyrələrinin və ya hemoglobinin normadan aşağı olması halıdır. Bu vəziyyət bədənin toxumalarına kifayət qədər oksigen daşınmaması ilə nəticələnir və halsızlıq, başgicəllənmə, diqqət dağınıqlığı kimi əlamətlərlə özünü göstərir. Diamed Hospital-da qan azlığının səbəbləri müasir laborator analizlərlə dəqiq təyin olunur.
· Tam Qan Analizi (CBC): Hemoglobin, hematokrit və eritrositlərin səviyyəsi müəyyən edilir;
· Dəmir: Qanda sərbəst olan dəmir miqdarını göstərir;
· Ferritin: Dəmirin orqanizmdə anbar şəklində saxlanılmasını göstərir – ən etibarlı göstəricilərdən biridir;
· Transferrin və Dəmir Bağlama Qabiliyyəti (TIBC): Dəmirin daşınma qabiliyyətini ölçür;
· Vitamin B12 və Fol turşusu: Qan hüceyrələrinin formalaşmasında vacibdir;
· Retikulosit: Yeni qırmızı qan hüceyrələrinin istehsal səviyyəsini göstərir.
· Qidalanmada dəmirin azlığı;
· Mədə-bağırsaq sistemində gizli qan itkiləri;
· Qadınlarda menstruasiya dövründə çox qan itirilməsi;
· Hamiləlik və laktasiya;
· B12 və fol turşusu çatışmazlığı;
· Xroniki iltihab və ya böyrək xəstəlikləri.
· Halsızlıq və tez yorulma;
· Dəri solğunluğu;
· Başgicəllənmə, nəfəs darlığı;
· Dırnaqlarda kövrəklik və saç tökülməsi;
· İştahsızlıq və sinir gərginliyi.
· Qan azlığı üçün tam laborator paket;
· Ferritin və dəmir profili sürətli və dəqiq nəticə;
· Nəticələr 24–48 saat ərzində onlayn və çap formatında;
· Terapevt və hematoloq konsultasiyası;
· Ehtiyac olduqda venadaxili dəmir müalicəsi tətbiqi.
· Online qeydiyyat: www.diamedhospital.az
· WhatsApp: (050) 465 06 06
· Telefon: (012) 465 06 06
· Ünvan: Akademik Həsən Əliyev 493, Bakı 1110
Halsızlıq və yorğunluq hissi ilə yaşamağa davam etməyin. Diamed Hospital-da qan azlığına dair dəqiq analiz və düzgün müalicə ilə sağlamlığınızı bərpa edin.
Mesaj yazın