Diamed Medical Group

Əlaqə vasitələri

Filiallar

Edit Template
yataq-yarasi

Yataq yaraları (tibbi adıyla dekubit və ya təzyiq yarası), uzun müddət hərəkətsiz qalan xəstələrdə – xüsusilə yataq xəstələrində – bədənin dəri ilə yataq arasında qalan təzyiq sahələrində yaranan ciddi dəri və toxuma zədələnmələridir. Bu yaralar müalicə olunmadıqda infeksiya, ağrı və daha ağır fəsadlara yol aça bilər.

Diamed Hospital-ın yeni fəaliyyətə başlayan Ağır Xəstə Baxım Mərkəzi bu sahədə həm qarşısının alınması, həm də yaranmış yaraların peşəkar müalicəsi üzrə xidmət göstərir.

Yataq yaralarının qarşısını almaq üçün nə etmək lazımdır?

  • Xəstənin hər 2-3 saatdan bir çevrilməsi: Eyni nahiyəyə davamlı təzyiq yaranmaması üçün bu vacibdir;

  • Antidekubitus döşəklərdən istifadə: Xüsusi hava ilə işləyən döşəklər təzyiqi azaldır və hava axını yaradır;

  • Dərinin gündəlik nəzarəti və təmizliyi: Nəmlik və qalıq maddələrdən təmizləmə infeksiyanın qarşısını alır;

  • Quru və təmiz yataq örtüyü: Çirkli və nəmiş yataq örtüyü yara riskini artırır;

  • Zülallı və vitaminlərlə zəngin qidalanma: Dərinin bərpası və immunitetin güclənməsi üçün;

  • Fizioterapiya və passiv hərəkət proqramları: Qan dövranını stimullaşdırır və əzələ əriyini azaldır.

Yataq yarası yaranıbsa nə etmək lazımdır?

  • İlk mərhələdə dərinin qızarması müşahidə olunur – bu anda təzyiqin dərhal azaldılması şərtdir;

  • Açıq yara varsa, steril sarğı və antiseptiklərlə peşəkar qulluq edilməlidir;

  • İnfeksiya əlamətləri (pis qoxu, irin, qızartı) olduqda mütləq həkimə müraciət edilməlidir;

  • Diamed Hospital-da xəstəxana şəraitində yaranın müalicəsi, lokal antibakterial terapiya və qidalanma dəstəyi təmin olunur.

Niyə Diamed Hospital Baxım Mərkəzi?

  • Yataq xəstələri üçün xüsusi bölmə və personal;

  • Gündəlik monitorinq, tibb bacısı və fizioterapevt nəzarəti;

  • Reabilitasiya, qidalanma və yara müalicəsi bir məkanda;

  • Ailə üçün rahat müşahidə imkanı (kamera sistemi);

  • Evdə qulluq mümkün olmadıqda alternativ olaraq peşəkar mühit.

📍Ünvan: Diamed Medical Group, Ak. Həsən Əliyev 493
www.diamedmedicalgroup.az