Diamed Medical Group

Əlaqə vasitələri

Filiallar

Edit Template
yuksek-heraret

Hərarət – uşaqlarda ən çox rast gəlinən narahatlıqlardan biridir. Bədənin temperaturunun qalxması infeksiyalara qarşı orqanizmin təbii müdafiə reaksiyasıdır. Lakin valideynlər üçün xüsusilə gecə saatlarında yüksələn hərarət ciddi təşviş yarada bilər.

Diamed Hospital olaraq valideynlərə bildiririk ki, hərarət özü xəstəlik deyil, xəstəliyin simptomudur və diqqətlə izlənilməlidir.

Uşaqlarda hərarətin səbəbləri:

  • Virus və bakterial infeksiyalar;
  • Peyvənd sonrası orqanizmin reaksiyası;
  • Diş çıxarma dövrü;
  • Günvurma və susuzluq;
  • İltihabi proseslər

Təhlükəli ola biləcək hallar:

  • Hərarət 38.5 °C-dən yuxarıdır və düşmür;
  • Uşaqda qıcolma, huşun bulanması müşahidə olunur;
  • Dəri səpkiləri və ya nəfəs darlığı yaranır;
  • Hərarət 3 gündən çox davam edir;
  • Körpə 3 aydan kiçikdir və hərarəti 38 °C-dən yuxarıdır.

Bu hallarda valideynlər vaxt itirmədən həkimə müraciət etməlidirlər.

Niyə Diamed Hospital?

  • Uşaqlar üçün 24/7 fəaliyyət göstərən pediatriya xidməti;
  • Müasir laborator müayinələr və dəqiq diaqnostika;
  • Təcrübəli pediatr və infeksionist həkimlər;
  • Hərarət səbəblərinin aşkarlanması və effektiv müalicə planı;
  • Körpələr üçün xüsusi müşahidə və qulluğun təşkili.

Əlaqə:

·        Online qeydiyyat: www.diamedhospital.az

·        WhatsApp: (050) 465 06 06

·        Telefon: (012) 465 06 06

·        Ünvan: Akademik Həsən Əliyev 493, Bakı 1110

Uşağınızın hərarəti sizi narahat edirsə, vaxtında həkim müayinəsi üçün Diamed Hospital-a müraciət edin. Erkən tədbir – sağlam gələcək!