1975 ci ildə Bakı şəhəri 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbində oxumuş, 1977-ci ildə Nəriman Nərimanov adına Tibb institutuna daxil olmuşdur. 1983-cü ildə həmin institutun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1984-1987-ci illərdə Sumqayıt şəhər 1 nömrəli Uşaq Poliklinikası və Təcili Yardım Stansiyasında pediatr vəzifəsində işləmişdir.
1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, 1990-2015-ci illərdə Tibb institutunun II Pediatriya kafedrasında assistent və dossent vəzifələrində işləmişdir.
2015-ci ildən Diamed klinikasında pediatr olaraq fəaliyyət göstərir.
Mesaj yazın