1988–1994-cü illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
01.08.1994-cü ildən 30.06.1995-ci ilədək Azərsutikinti xəstəxanasının kardiologiya, qastroenterologiya və funksional-diaqnostika şöbələrində internatura keçib.
02.01.1999–31.03.1999-cu il tarixlərində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda üç aylıq “Kardiologiya üzrə funksional-diaqnostika” ixtisaslaşma kursunu bitirmişdir.
01.11.2001–30.12.2001-ci il tarixlərində həmin institutda “Kliniki kardiologiya” üzrə tematik təkmilləşmə kursunu bitirmişdir.
04.2005–21 may 2005-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Diaqnostika Mərkəzində, ürək-damar sisteminin tədqiqatları üzrə I funksional-diaqnostika şöbəsində “Exokardioqrafiya” kursunu bitirmişdir.
Karyera
Azərbaycan Kardioloqlar Cəmiyyətinin və Avropa Kardioloqlar Cəmiyyətinin həqiqi üzvüdür. Dəfələrlə AKC qurultay, konqres və simpoziumlarının aktiv iştirakçısı olmuşdur.
1995-ci ildə təyinat üzrə Quba Rayon Mərkəzi Xəstəxanasında terapevt kimi fəaliyyət göstərib.
18.12.1998–15.03.2002-ci il tarixlərində Quba Şəhər Sağlamlıq Mərkəzində kardioloq və funksional-diaqnostik vəzifəsində çalışmışdır.
2002–2008-ci illərdə Azərbaycan-Almaniya “Səhhət” müştərək tibb klinikasında kardioloq-terapevt vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2008–2010-cu illərdə ABU Tibb Mərkəzində kardioloq vəzifəsində çalışmışdır.
01.07.2010–30.04.2020-ci il tarixlərində “Şəfa” Müalicəvi Diaqnostika Mərkəzində həkim-kardioloq vəzifəsində fəaliyyətini davam etdirmişdir.
01.05.2020-ci il tarixində “İdeal Tibb Şirkəti” MMC-yə, indiki adı ilə “Diamed Medical Group” şirkətinə həkim-kardioloq vəzifəsinə təyin edilmiş və bu günə kimi həmin vəzifədə fəaliyyət göstərir.
EXO-KQ, EKQ və Holter müayinələrinin aparılması, anadangəlmə və qazanılmış ürək qüsurlarının, ürəyin işemik xəstəliklərinin, hipertoniya xəstəliyinin, revmatizmin, ürək çatışmazlığının, aritmiyanın və digər ürək xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğuldur.