1999-cu ildən bu günə – innovasiya, inkişaf və sağlamlığa sadiqlik yolunda atılan addımlar. Diamed-in uğur hekayəsi illərlə formalaşan etimad və təcrübəyə əsaslanır.
Diamed, 1999-cu ildə Azərbaycanda fəaliyyətə başlayan ilk özəl klinikalardan biri oldu. Səhhətə fərdi yanaşma, pasiyent məmnuniyyəti və daim yenilənən xidmət fəlsəfəsi ilə fəaliyyətə başladıq.
Müasir analiz və diaqnostika imkanları ilə təchiz olunmuş laboratoriya bölməmiz istifadəyə verildi. Tam avtomatlaşdırılmış sistemlərlə mindən artıq analiz yüksək dəqiqliklə həyata keçirilir.
İllərlə yerli və beynəlxalq klinikalarda təcrübə toplamış ixtisaslı mütəxəssislər komandamıza qoşuldu. Bu gün həkim heyətimiz səhhətinizin əmin əllərdə olduğunun göstəricisidir.
Klinikamızda ABŞ, Yaponiya və Avropa istehsalı son model tibbi cihazlar tətbiq olunmağa başlandı. Daha dəqiq diaqnostika və effektiv müalicə imkanı yaradıldı.
Pasiyentlərimizin rahatlığı və məxfiliyinə önəm verərək, xüsusi VIP və anonim xidmətlər təqdim olunmağa başlandı. Tibbi ehtiyaclarınızı tam gizlilik şəraitində qarşılayırıq.
Fizioterapiya üçün tam mərtəbə ayrıldı. BTL, TENS, TEKA kimi qabaqcıl avadanlıqlarla fərdi reabilitasiya proqramları tətbiq olunmağa başlandı. Sağlamlığa qayıdış daha sürətli və rahat oldu.
MRT, KT, Rentgen, EEG, EKQ, USM, 4D Tomosintez, Fibroscan, Densitometriya və Elansmetriya kimi müasir diaqnostika üsulları tətbiqə verildi. Bütün tibbi xidmətlər bir məkanda cəmləndi.
Missiyamız – hər bir pasiyentin sağlamlığını yüksək standartlarla qorumaqdır.
Vizyonumuz – texnoloji yenilikləri tətbiq edərək, Azərbaycanda və regionda lider tibb mərkəzinə çevrilməkdir.
Klinikamızın birinci mərtəbəsində fəaliyyət göstərən aptekimiz sayəsində tibbi xidmətlərdən sonra dərman və tibbi ləvazimatları rahatlıqla əldə edə bilərsiniz. Artıq başqa ünvana getməyə ehtiyac yoxdur!
Klinikamızın ətrafında geniş və rahat parkinq zonası mövcuddur ki, pasiyentlərimiz və onların yaxınları avtomobillərini rahat şəkildə yerləşdirə bilsinlər. Bu, xəstəxanaya gəlişinizi daha komfortlu edir.
7-ci mərtəbədə yerləşən rahat və müasir kafemizdə müalicədən sonra dincələ, müxtəlif içkilər və yüngül təamlarla özünüzü sevindirə bilərsiniz. Burada sakit və rahat mühitdə istirahət edə bilərsiniz.
Mesaj yazın