Bel ağrısı poliklinikaya müraciətlərin ən çox rast gəlinən səbəblərindən biridir. Xəstələrin böyük əksəriyyəti bu problemi “səhv oturma”, “qəfil hərəkət” və ya “ağır yük qaldırma” ilə əlaqələndirir. Amma yaxşı xəbər odur ki, bu ağrıların qarşısını almaq mümkündür.
1. Düzgün oturun
Stol arxasında çalışarkən beliniz arxalığa söykənsin, ayaqlar yerə tam bassın. Ekran göz səviyyəsində olmalıdır.
2. Hərəkətsiz qalmayın
Hər 45-60 dəqiqədən bir qalxıb gəzin. Əzələlər hərəkət istər.
3. Əzələ gücünü artırın
Zəif qarın və bel əzələləri onurğanı dəstəkləyə bilmir. Sadə idman hərəkətləri ilə gücləndirin.
4. Yaxşı yatın
Ortopedik döşək və yastıq seçimi çox önəmlidir. Çox yumşaq yataqdan çəkinin.
5. Ağırlıq qaldırarkən diqqətli olun
Yükü dizlərdən əyilərək qaldırın, belinizi qoruyun.
Əgər bel ağrınız uzun sürürsə, bəzən ayağa vuran keyimə, uyuşma ilə müşahidə olunursa, bu artıq sadə əzələ ağrısı deyil – o zaman nevroloji və ya ortopedik qiymətləndirmə mütləqdir.
Bizim xəstəxanada həm müasir diaqnostika, həm də fizioterapiya və reabilitasiya xidmətləri mövcuddur. Sağlam bel – sağlam həyat deməkdir.
Mesaj yazın