Doğum tarixi: 12 mart 1954-cü il
Doğum yeri: Bakı şəhəri
1961-ci il — Bakı şəhəri 18 nömrəli orta məktəbə qəbul olmuşdur.
1971-ci il — orta təhsilini başa vurmuşdur.
1971–1977-ci illər — N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində təhsil almış, müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir.
1977–1978-ci illər — Bakı şəhəri 2 nömrəli Şəhər Klinik Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçmişdir.
1979-cu il — Şəhər Onkoloji Dispanserində həkim-onkoloq vəzifəsində çalışmışdır.
06.12.1986-cı ildən — Şəhər Onkoloji Dispanserində ultrasəs müayinələri (USM) həkimi vəzifəsində fəaliyyət göstərmişdir.
2013-cü ildən — Diamed Klinikasında USM həkimi kimi fəaliyyətini davam etdirir.
1986-cı il — 5 nömrəli xəstəxanada ultrasəs müayinələri üzrə kurs keçmişdir.
1987-ci il — Moskva şəhərində ultrasəs müayinələri üzrə ixtisasartırma kursunda iştirak etmişdir.
1987-ci il — Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda
“Qadın cinsiyyət üzvlərinin bədxassəli şişlərinin diaqnostikası və müalicəsi” üzrə kursu bitirmişdir.
1987-ci il — USM üzrə I kateqoriya kvalifikasiyası almışdır.
25.04.1994 – 26.05.1994-cü illər — Azərbaycan Respublikası Səhiyyə Nazirliyində attestasiyadan keçmiş və USM üzrə ali dərəcəli kateqoriya ilə təltif olunmuşdur.
1999-cu il — Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Universitetində
“Bədxassəli şişlərin müasir diaqnostika və müalicə metodları” üzrə kurs keçmişdir.
28.08.2022-ci il — Şüa diaqnostikası üzrə sertifikasiyadan keçmişdir.
Sertifikat №: 047444
Etibarlılıq müddəti: 28.09.2027-ci ilədək
Mesaj yazın