Hepatit – Qaraciyərin səssiz düşməni
Hepatit – qaraciyərin iltihabı ilə xarakterizə olunan, müxtəlif səbəblərdən (viruslar, dərmanlar, alkoqol, toksinlər və s.) yaranan ciddi xəstəlikdir. Qaraciyər orqanizmin ən vacib orqanlarından biri olduğu üçün onun funksiyasının pozulması bütün bədənə təsir göstərir. Diamed Medical Group olaraq hepatitlərin erkən diaqnostikası və effektiv müalicəsini əsas prioritet hesab edirik.
Hepatit bir neçə formada müşahidə olunur:
1️⃣ Hepatit A (HAV) – əsasən çirklənmiş qida və su vasitəsilə yayılır. Adətən kəskin keçir və tam sağalır.
2️⃣ Hepatit B (HBV) – qan, cinsi əlaqə və doğuş zamanı anadan uşağa keçə bilər. Müalicə olunmadıqda xroniki formaya keçərək qaraciyər sirozu və xərçənginə səbəb ola bilər.
3️⃣ Hepatit C (HCV) – əsasən qan yolu ilə keçir. Uzaq müddət simptomsuz davam edə bilər və xroniki hepatitə çevrilə bilər.
4️⃣ Hepatit D (HDV) – yalnız Hepatit B virusu olan şəxslərdə inkişaf edir və xəstəliyi ağırlaşdırır.
5️⃣ Hepatit E (HEV) – çirklənmiş su və qida ilə yoluxur, xüsusilə hamilə qadınlar üçün təhlükəlidir.
Hepatitlərin növünü və mərhələsini müəyyənləşdirmək üçün kompleks laborator və instrumental müayinələr aparılır:
Online qeydiyyat: www.diamedhospital.az
· WhatsApp: (050) 465 06 06
· Telefon: (012) 465 06 06
· Ünvan: Akademik Həsən Əliyev 493, Bakı 1110
Zamanında müayinə olun, sağlamlığınızı qoruyun – Diamed Medical Group-da hepatitlərin diaqnostika və müalicəsində müasir tibbin bütün imkanları bir məkanda!
Mesaj yazın