Diamed Medical Group

Əlaqə vasitələri

Filiallar

Edit Template

Süd vəzi müayinəsi necə aparılır? Ultrasəs və mammoqrafiya fərqi

sud vezi muayine, diamed

Süd vəzi sağlamlığı qadınlarda profilaktik tibbi yoxlamaların əsas hissəsidir. Süd vəzilərindəki dəyişikliklərin erkən aşkarlanması üçün ultrasəs müayinəsi (USM) və mammoqrafiya ən çox istifadə olunan üsullardır. Diamed Klinikası bu sahədə həm klassik mammoqrafiya, həm də 3D tomosintez texnologiyası ilə xidmət göstərir. Süd vəzi müayinəsi niyə vacibdir? Erkən mərhələdə şişlərin, kistlərin və toxuma dəyişikliklərinin aşkarlanması; Ailə tarixçəsində süd vəzi xərçəngi olan qadınlarda yüksək riskin nəzarətdə saxlanması; Hormon müalicəsi alan və ya menopauzada olan qadınlarda mütəmadi izləmə; Estetik dəyişikliklər və ya ağrı şikayətləri zamanı səbəbin müəyyən olunması. Ultrasəs müayinəsi (USM) nədir? Daha çox gənc qadınlarda və sıx toxumalı süd vəzilərində tətbiq olunur; Yumşaq toxumaları, kistləri və maye yığıntılarını daha aydın göstərir; Hamiləlik və laktasiya dövründə təhlükəsizdir; Şüa vermədiyi üçün limitsiz istifadə oluna bilər. Mammoqrafiya nədir? Xüsusilə 40 yaşdan yuxarı qadınlarda tövsiyə olunur; Kalsifikasiya (kireçlənmə), mikrokalsinatlar və şiş dəyişiklikləri üçün daha həssasdır; Az miqdarda rentgen şüası ilə işləyir; Ənənəvi 2D və yeni nəsil 3D tomosintez ilə daha dəqiq diaqnostika mümkündür. Diamed Klinikası həm klassik standarta uyğun mammoqrafiya, həm də yüksək dəqiqlikli 3D tomosintez aparatına malikdir. Bu texnologiya qat-qat görüntülər verərək kiçik dəyişiklikləri belə aydın şəkildə aşkarlamağa imkan yaradır. Süd vəzi müayinəsi necə aparılır? Qeydiyyat və anamnez toplanması; Fiziki baxış və toxunma müayinəsi; Həkim göstərişinə əsasən USM və/və ya mammoqrafiya; Nəticələr eyni gün ərzində təqdim olunur və şərh edilir. Niyə süd vəzi yoxlaması üçün Diamed Klinikası? USM və mammoqrafiya üzrə təcrübəli radioloqlar; 3D tomosintez texnologiyası ilə dəqiq nəticələr; Ağrısız və tez aparılan müayinə prosesi; Onlayn nəticə təqdimatı və ətraflı izah; Ailəvi yoxlamalar üçün kompleks check-up imkanları. Süd vəzi müayinəsini gecikdirməyin. Diamed Klinikası ilə sağlamlığınızı vaxtında qoruyun. Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Bizimlə əlaqə: 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl

99% Süd vəzi xərçəngindən azad ol!

sud vezi, diamed hospital

99% Süd vəzi xərçəngindən azad ol! Yaranmasının qarşısını almaq mümkün olmasa da, erkən aşkarlayıb 99% dayandıra bilərsiniz! Dünyada hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Hal hazırda Yaponiyada süd vəzi xərçəngindən xilas olma dərəcəsi 99% – dir. Bunun ən böyük səbəbi xəstəliyin erkən mərhələdə aşkarlanmasıdır. 21-ci əsrin möcüzəsi adlandırılan və Azərbaycanda yeganə olan 3D mammografiya tomosintez aparatı ən kiçik ölçülü patalogiyaları aşkarlamaq özəlliyinə malikdir. Belə kiçik ölçülü patalogiyaların digər müayinə metodları ilə aşkarlanması qeyri-mümkündür. Süd vəzi xərçəgindən riskini 99% azad olmaq üçün elə indi əlaqə konsultasiya alın. Ünvan: Diamed Medical Group, Ak. Həsən Əliyev 493www.diamedmedicalgroup.az Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl

MRT nədir? Azərbaycanda MRT müayinəsi üçün etibarlı seçim – Diamed Klinikası

mrt nedir, diamed medical

Maqnit-Rezonans Tomoqrafiyası (MRT) zərərli şüa yaymadan, orqanizmdəki toxuma və orqan strukturlarını yüksək dəqiqliklə göstərən müasir, şüasız görüntüləmə üsuludur. Bu texnologiya ilə beyin, onurğa, oynaqlar və daxili orqanlar – yəni yumşaq toxumalar tam aydın şəkildə qiymətləndirilə bilər. MRT vasitəsilə xəstəlikləri erkən mərhələdə aşkarlamaq mümkündür. Türkiyəli uzman Dr. Eray Darıcı qeyd edir: “MRT diaqnostikada alternativi olmayan görüntüləmə metodudur. Bu üsul, xəstəlikləri vaxtında aşkar edib müalicəyə başlamaq üçün böyük üstünlük yaradır.” MRT hansı hallarda tətbiq olunur? MRT aşağıdakı vəziyyətlərdə ən effektiv diaqnostika üsulu kimi istifadə olunur: Baş ağrısı, başgicəllənmə, yaddaş pozuntusu, epilepsiya kimi nevroloji əlamətlər Bel, boyun, onurğa və oynaqlarda ağrı və diskomfort Onurğa yırtığı, sinir sıxılması, radikulit Qaraciyər, böyrək, mədəaltı vəzi kimi daxili orqanlarda şübhəli hallar Travmalar, şiş ehtimalları, multipl skleroz (MS), insult və digər ciddi diaqnozlar Bu hallar zamanı MRT şüasız, detallı və dəqiq nəticələr təqdim edən yeganə və tövsiyə olunan üsuldur. MRT necə aparılır? (Addım-addım) Sayt və ya WhatsApp vasitəsilə onlayn müraciət edirsiniz Klinikada həkim konsultasiyası keçirilir və MRT prosesinin hər mərhələsində sizə rahatlıq təmin olunur. Zərurət yaranarsa, prosedur anesteziya ilə də həyata keçirilə bilər MRT müayinəsi həyata keçirilir – bu, nahiyədən asılı olaraq 15–45 dəqiqə çəkə bilər Nəticələr 24 saat ərzində elektron və ya çap formasında təqdim olunur və Türkiyəli uzman Dr. Eray Darıcı tərəfindən yazılır və qiymətləndirilir Niyə məhz Diamed Klinikası? MRT müayinəsinin keyfiyyəti yalnız cihazın texniki imkanlarından deyil, həm də nəticələrin düzgün şərhindən asılıdır. Türkiyəli mütəxəssis Dr. Eray Darıcı bu sahədə illərlə formalaşmış təcrübəsi ilə Diamed Klinikası ilə əməkdaşlıq edir. Klinikamızda bütün MRT və USM (UZI) görüntüləri məhz Dr. Eray Darıcı tərəfindən qiymətləndirilir və cavablar onun rəyinə əsasən hazırlanır. Bu isə sizə daha güvənli, dəqiq və vaxtında diaqnostika imkanı təqdim edir. Diamed Klinikası: 1999-cu ildən fəaliyyət göstərən, ölkənin ilk özəl klinikalarından biridir; Nəticələr 24 saat ərzində, həm çap, həm də onlayn təqdim olunur; GE Healthcaremarkalı, yüksək texnologiyalı MRT cihazı ilə müayinələr aparılır; İş saatlarından sonra da qəbul imkanı mövcuddur; Rahat şərait, fərdi yanaşma və pasiyent məmnuniyyəti ön plandadır. 1999-cu ildən fəaliyyət göstərən, Azərbaycanın ilk özəl klinikalarından biri olaraq uzunmüddətli təcrübəyə malikik; İş saatlarından sonra da qəbul imkanı və çevik vaxt təyinatı təklif edirik; Klinikamızda GE Healthcaremarkalı, yüksək texnologiyalı MRT cihazı ilə diaqnostika aparılır; Müayinələr fərdi yanaşma və komfortlu şəraitdə həyata keçirilir. Ən çox verilən suallar MRT nə qədər çəkir? Müayinənin nahiyəsinə görə 15–45 dəqiqə arası dəyişir MRT zərərlidirmi?  MRT şüa yaymayan və təhlükəsiz görüntüləmə üsuludur MRT qiyməti nə qədərdir? Müayinənin nahiyəsinə əsasən dəyişir. Qiymət üçün bizimlə əlaqə saxlayın. MRT nəticəsi nə vaxt çıxır? Diamed-də nəticələr 24 saat ərzində onlayn təqdim olunur. Müayinənin nahiyəsinə görə 15–45 dəqiqə arası dəyişir  MRT şüa yaymayan və təhlükəsiz görüntüləmə üsuludur Müayinənin nahiyəsinə əsasən dəyişir. Qiymət üçün bizimlə əlaqə saxlayın. Diamed-də nəticələr 24 saat ərzində onlayn təqdim olunur. Vaxt itirmədən, Diamed-in təcrübəli heyəti və texnoloji imkanları ilə MRT müayinəsindən keçin. Nəticələrinizi 24 saat ərzində əldə edin və sağlamlığınızla bağlı qərarları daha etibarlı şəkildə verin. Nəticələrinizi 24 saat içində əldə edin, həkimlə məsləhətləşin və sağlamlığınızı nəzarətdə saxlayın., rahat və peşəkar şəkildə MRT müayinəsindən keçmək üçün bizimlə əlaqə saxlayın. Nəticələrinizi 24 saat içində əldə edin, həkimlə məsləhətləşin və sağlamlığınızı nəzarətdə saxlayın., rahat və peşəkar şəkildə MRT müayinəsindən keçmək üçün bizə müraciət edin. Nəticələrinizi 24 saat içində əldə edin, həkimlə məsləhətləşin və sağlamlığınızı nəzarətdə saxlayın. Diamed Klinikası – Bakı şəhərində MRT, şüasız görüntüləmə, onlayn nəticə, sərfəli qiymət və peşəkar tibbi xidmət axtaranlar üçün etibarlı seçimdir. 25 illik təcrübəmizlə daim xidmətinizdəyik Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl

Densitometriya müayinəsi

densitometriya, diamed medical group

Densitometriya müayinəsi Sümük toxumasının möhkəmliyini və eləcə də mexaniki təzyiqlərə qarşı davamlılığını aşkara çıxarır; Gələcəkdə baş verə biləcək sınıqları proqnozlaşdırır; Osteopeniya və osteoporoz , sümük kütləsinin itirilməsinə səbəb olan digər xəstəlikləri müəyyən edir. Cüzi travmalar nəticəsində yaranan sınıqlarda, hormonal preparatlar, qlükokortikoidlər, oral kontraseptlər, trankflizatorlar və psixotrop preparatlar qəbul edən şəxslər, menopauza (klimaks) dövründə olan qadınlar üçün DENSİTOMETRİYA müayinəsinin aparılması vacibdir! Diamed Medical Group-da Densitometriya müayinəsindən keçin, sümüklərinizin sağlamlığını qoruyun. Ünvan: Diamed Medical Group, Ak. Həsən Əliyev 493www.diamedmedicalgroup.az Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl

3D Tomosintez cihazı

tomosintez, diamed

Diamed Hospitalda 3D Tomosintez: Döş Xərçənginin Müasir Diaqnostikasında Yeni Dövr Döş xərçəngi, qadınlar arasında ən geniş yayılmış xərçəng növlərindən biridir və erkən diaqnostika bu xəstəliyin müalicəsində həyati əhəmiyyət daşıyır. Müasir tibbin inkişafı sayəsində bu sahədə istifadə olunan cihaz və texnologiyalar da sürətlə təkmilləşir. Diamed Hospital bu inkişaflara ayaq uyduraraq, döş xərçənginin erkən mərhələdə aşkar olunmasına imkan verən 3D Tomosintez texnologiyasını tətbiq edir. 3D Tomosintez nədir? 3D Tomosintez, döşün qat-qat təsvirlərini əldə etməyə imkan verən rəqəmsal mammoqrafiya üsuludur. Ənənəvi 2D mammoqrafiyadan fərqli olaraq, bu texnologiya döş toxumasının çox nazik hissələrə bölünərək ayrı-ayrı şəkillərini çəkir. Daha sonra bu şəkillər birləşdirilərək 3 ölçülü təsvir formalaşdırılır. Nəticədə həkimlər toxumaların daha dəqiq təhlilini apararaq, kiçik və ya gizli olan şişləri daha erkən mərhələdə müəyyən edə bilirlər. Niyə 3D Tomosintez daha üstündür? 3D Tomosintezin ən mühüm üstünlüklərindən biri, sıx döş toxumasına sahib qadınlarda belə daha yüksək dəqiqliklə görüntülər təqdim etməsidir. Ənənəvi mammoqrafiyada sıx toxumalar şişləri gizlədə bilər, lakin tomosintez bu maneəni aradan qaldırır. Eyni zamanda: Yanlış müsbət nəticələrin (yəni şiş olmadığı halda şübhəli görüntülərin) sayı azalır. Tək bir baxışla görünməyən kiçik şişlər rahatlıqla müəyyən olunur. Təkrar görüntü çəkməyə ehtiyac azalır. Bu, həm xəstə üçün narahatlığı azaldır, həm də diaqnostika prosesini daha etibarlı edir. Diamed Hospitalda fərqimiz nədir? Diamed Hospital öz sahəsində peşəkar həkim heyəti və ən müasir tibbi avadanlıqları ilə seçilir. 3D Tomosintez cihazımız Almaniya istehsalı olub, dünya standartlarına cavab verir. Hər bir xəstə üçün fərdi yanaşma tətbiq olunur və görüntülər yüksək ixtisaslı radioloqlar tərəfindən təhlil edilir. Əlavə olaraq, hospitalımızda qadınlara yönəlik döş sağlamlığı proqramları mövcuddur. Bu proqram çərçivəsində həm mütəmadi müayinələr, həm də təlim və maarifləndirmə tədbirləri təşkil olunur. Yanlış müsbət nəticələrin (yəni şiş olmadığı halda şübhəli görüntülərin) sayı azalır. Tək bir baxışla görünməyən kiçik şişlər rahatlıqla müəyyən olunur. Təkrar görüntü çəkməyə ehtiyac azalır. Bu, həm xəstə üçün narahatlığı azaldır, həm də diaqnostika prosesini daha etibarlı edir. Kimlər 3D Tomosintez üçün müraciət etməlidir? 40 yaşdan yuxarı qadınlar (illik mammoqrafiya müayinəsi məqsədilə); Ailəsində döş xərçəngi olanlar; Daha əvvəl şübhəli mammoqrafiya nəticəsi alanlar; Döşdə ağrı, sərtlik və ya dəyişiklik hiss edən hər bir qadın; Döş xərçənginin erkən aşkarlanması həyat qurtarır. Diamed Hospitalda 3D Tomosintez sayəsində bu mümkün olur. Hər bir qadının sağlamlığı bizim üçün önəmlidir. Əgər siz də döş sağlamlığınızı yoxlatmaq istəyirsinizsə, vaxt itirmədən bizə müraciət edin. Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar?

Osteoporoz və Densitometriya – Sümük Sağlamlığınızı Nəzarətdə Saxlayın

sumuk saglamligi, diamed klinikasi

Osteoporoz – sümük toxumasının zəifləməsi və kövrəkləşməsi ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu hal xüsusilə qadınlarda menopauza dövründən sonra, yaşlılarda və az hərəkətli həyat tərzi keçirən insanlarda tez-tez müşahidə olunur. Osteoporoz zamanı sümüklər daha asan qırılır və bərpa prosesi çətinləşir. Bu səbəbdən vaxtında diaqnostika və profilaktika çox vacibdir. Densitometriya nədir və niyə vacibdir? Densitometriya – sümüklərin sıxlığını ölçən, ağrısız və şüasız bir müayinə metodudur. Bu üsul vasitəsilə osteoporozun erkən əlamətləri müəyyən olunur və sümük itkisi hələ zədələnmə baş vermədən diaqnoz edilir. Densitometriya aşağıdakı hallarda tövsiyə olunur: 50 yaşdan yuxarı qadın və kişilərə; Menopauza dövrünə daxil olmuş qadınlara; Az hərəkətli həyat tərzi keçirənlərə; Kortikosteroid preparatları uzunmüddətli istifadə edənlərə; Sümük sınığı keçirmiş və ya risk daşıyan şəxslərə; Xroniki xəstəliklər (revmatizm, şəkərli diabet və s.) olanlara. Densitometriya necə aparılır? Sayt və ya WhatsApp vasitəsilə onlayn müraciət edirsiniz Klinikada müayinəyə hazırlıq və qısa anamnez Densitometriya aparatı ilə 10–15 dəqiqəlik, tam ağrısız müayinə Nəticələr eyni gün ərzində təqdim olunur və müayinədən dərhal sonra nəticələr təqdim olunur Niyə məhz Diamed Klinikası? Azərbaycanın ilk özəl klinikalarından biri – 25 illik təcrübə; Densitometriya və saç tökülməsi üzrə peşəkar yanaşma; Nəticələr həm çap, həm də onlayn sistem vasitəsilə təqdim olunur; Müasir laboratoriya, həkim komandası və komfortlu şərait. Sümük sağlamlığınızı nəzarətdə saxlayın. Diamed Klinikası ilə osteoporozun qarşısını vaxtında alın və güclü sümüklərlə həyat keyfiyyətinizi artırın. Diamed Klinikası ilə həm estetik, həm də funksional sağlamlığınızı bərpa edin. Diamed Klinikası – Bakı şəhərində osteoporoz və digər sümük sağlamlığı ilə bağlı problemlərin dəqiq və peşəkar həlli üçün etibarlı ünvan! Digər xəbərlər Qan azlığı (anemiya) Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Gündəlik həyatda bel ağrısından necə qorunaq? FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Bizimlə əlaqə : 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl

Mehriban Həsənova
Laborant

Dr. Mehriban Həsənova Spelizasiya: Həkim-laborant Qəbula yazıl Təhsil 1994-cü il — Sumqayıt şəhər 33 nömrəli orta məktəbi bitirmişdir. 1994-cü il — Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. 1994–1999-cu illər — Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində təhsil almışdır. 1999–2000-ci illər — Sumqayıt şəhər 1 nömrəli Şəhər Xəstəxanasında internatura keçmişdir. Karyera 2000-ci il — Sumqayıt Şəhər Uşaq Xəstəxanasında həkim-laborant vəzifəsində çalışmışdır. 2005–2007-ci illər — Real Sağlamlıq Mərkəzində həkim-laborant kimi fəaliyyət göstərmişdir. 2015-ci ildən — Diamed Klinikasında həkim-laborant vəzifəsində çalışır. Kurslar, Seminarlar və Konqreslər Ə. Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutunda ixtisasartırma kursları. 2016-cı il, 12–13 noyabr — Azərbaycan Travmatoloqlar və Ortopedlərin II Qurultayı. 2017-ci il, 13–14 oktyabr — Kardiovaskulyar Consilium. 2018-ci il — II Klinik Laborator Diaqnostika Yenilikləri. 2019-cu il — Hematoloqların Beynəlxalq Simpoziumu. 2019-cu il — Həkim-laborantların I Beynəlxalq Konfransı. 2022-ci il — “Pediatriyada istifadə olunan testlər” seminarı. 2022-ci il — II Beynəlxalq Azərbaycan Hematoloqlarının Konqresi. 2022-ci il — Müqəddəs (Maqlumi) Klinik Laborator Simpoziumu. 2022-ci il — AZKLİM – Həkim-laborantların II Beynəlxalq Konfransı. 2024-cü il, 01–03 — Bakı Spondiloartritlər Simpoziumu. 2025-ci il, 21–23 noyabr — Azərbaycan Revmatoloqlar Birliyinin təşkil etdiyi Bakı Revmatoloji Simpoziumu. “A-dan Z-yə Revmatоid Artrit” konfransı (17 may).

Dr. Nigar Məmmədova
USM-Radioloq

Dr. Nigar Məmmədova Spelizasiya: Həkim Radioloq Qəbula yazıl Təhsil 1988-1994 -cü illərdə Azərbaycan Tibb Universiteti Karyera 1998-ci ildən hazırkı vaxta kimi Sumqayıt şəhər 1saylı xəstəxananın doğum şöbəsində həkim radioloq vəzifəsində işləyir 2001-ci ildən hazırkı vaxta kimi DİAMED Klinikasının Sumqayıt filialında həkim radioloq vəzifəsində işləyir İştirak etdiyi seminar, simpoziumlar: 2017-ci ildə AFERG SEMİNARS – “Başı OB-GYN Ultrasound” 2018-ci ildə İSUOG- “Fetal Anomaliyaların Erkən Diaqnostikası” 2019-cu ilde AFERG -” Plasenta-Multidistiplinar Yanaşma” 2019-cu ilde Azerbaycan S.N -“Fetal neyrosonoqrafiya və neyroembirologiya üzrə seminar” 2022-ci ilde Azerbaycan S.N-” Fetal Exokardioqrafiyada praktik nüanslar” 2023-cu ildə Azerbaycan S.N -“Mamalıqda Aktual Mövzular və Yanaşmalar” 2023-cu ilde AGUG SEMİNAR. 2024-cu ildə Azerbaycan S.N-“Süd vəzi duktal adenokarsinomasi” 2025-ci ildə Azerbaycan S.N- “Qadın Sağlamlığı Mərkəzi”-ginekoloji simpozium

Dr.Firuzə İmanova
Revmatoloq

Dr. Firuzə İmanova Spelizasiya: Həkim Revmatoloq Qəbula yazıl Təhsil Sumqayıt şəhər 12 saylı orta məktəbdə təhsil alıb. 1970-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub. 1976-1977-ci illərdə Sumqayıt şəhər  1 saylı xəstəxanada internatura keçib. Karyera 1993-2023-cü illərdə Sumqayıt şəhər  2 saylı xəstəxanada revmatoloq həkim kimi işləyib. 2018-ci ildən Diamed klinikasında fəaliyyət göstərir Konfranslar, Konqreslər və Simpoziumlar: 21-23 Noyabr 2025 Azərbaycan Revmatoloqlar Birliyinin təşkil etdiyi Baku Revmotoloji Simfozium. 17 May “A-dan Z-yə REVMATOİD ARTRİT” KONFRANSI 01-03-2024 BAKI SPONDİLOARTRİTLƏR SİMPOZİUMU. 12-13 Noyabr 2016 Azərbaycan Travmatoloq və Oropedlərin ll QURULTAYI 13-14 Oktyabr 2017 CARDİOVACKULAR Konsiulumu 6 dekabr 2025 Azərbaycan milli Revmotoloji Konqres

Dr. Nuriyyə Səlimova
Həkim laborant

Dr. Nuriyyə Səlimova Spelizasiya: Həkim laborant Təcrübə: 26 il Qəbula yazıl Təhsil 1992-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Karyera 1998-ci ildə 1 saylı Kliniki Tibbi Mərkəzin laboratoriyasında internatura kursu keçmişdir. 1999-cu ildə təyinatla Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Elmi Laboratoriya bölməsində elmi işçi kimi fəaliyyətə başlayıb. 2006-cı ildə Rusiya Elmlər Akademiyası Mərkəzi Elmi Tədqiqat Vərəm İnstitutunda molekulyar-genetika üzrə praktiki və nəzəri ixtisaslaşmış kurs keçib, diplom almışam,  eyni zamanda Rusiya Elmlər Akademiyası Fizika Kimya Tibbi İnstitutunda  sekvens üsulu üzrə təlimdə iştirak etmişdir. 2007-ci ildə Rusiya Elmlər Akademiyası V.A.Enqelqard adına Molekulyar Biologiya İnstitutunda bioloji mikroçip texnologiyasına əsaslanan PZR diaqnostika üzrə kurslarda iştirak edib, sertifikat almışamdır. 2013-cü ildə “İlkin aşkar olunmuş vərəmli xəstələrdə müxtəlif genotipli Mycobacterium tuberculosis-in multirezistent formalarının molekulyar-genetik kriteriyaları” mövzusunda fundamental elmi-tədqiqat işi aparmışamdır və Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışamdır, aparılan tədqiqaat  işi QRAND mükafatına layiq görülmüş və bu layihə çərçivəsində daha geniş miqyaslı tədqiqat yönümlü araşdırmalar aparılmışdır. 2018-2022-ci il tarixlərində Kliniki, Biokimyəvi, İmmunoloji, Mikrobioloji, Patomorfoloji, Molekulyar-genetik bölmələrdən ibarət Kliniki Diaqnostik Laboratoriyanın şöbə müdiri vəzifəsində çalışmışamdır. Hal-hazırda ET Ağciyər Xəstəlikləri İnstitutunda Aparıcı elmi işçi kimi fəaliyyətimi davam etdirirəm, Elmi Şüranın üzvü və Tibbi-Elmi Tədqiqat Etik Komissiyasının sədr müaviniyəm. 2019-cu il tarixindən Covid19 pandemiyasının başladığı müddətdən DİAMED klinikanın PZR laboratoriyasında molekulyar-genetika üzrə mütəxəssis həkim-genetik kimi çalışır. 26 illik iş fəaliyyətim ərzində PZR üsulun deteksiyasından aslı olaraq, elektroforez, FLASH-PZR, PZR Real-Time, Bioloçip texnologiyası və sekvens metodları üzrə müxtəlif bioloji nümunələrdə (qan, bəlğəm, BALJ, onurğabeyni mayesi, plevral maye, assit maye, sinovial maye, limfa düyünlərindən və ya sümük toxumasından götürülmüş punktat nümunələr, urogenital yaxmalar, sidik və sairə) müxtəlif infeksiyaların (bakterioloji, virusoloji) və mutasiyaların təyinində, eləcədə insan genomunun tədqiqi istiqamətində genetik analizlər etmişdir. Molekulyar-genetika üzrə Beynəlxalq Konfranslarda (Rusiya, Gürcüstan) və müxtəlif tibbi mövzuları əhatə edən yerli Elmi-praktik Konqreslərdə, eləcə də “Akkreditasiya doğru laboratoriyanın İdarə edilməsinin gücləndirilməsi” mövzusunda seminarda (Moldaviya) və USAID/PHCS İlkin Səhiyyə Xidmətlərinin Güsləndirilməsi Layihəsi tərəfindən təşkil edilmiş “Sübutlu Təbabət və Kliniki Protokolların hazırlanması” üzrə təlimdə iştirak etmişdir. Yerli və xarici mətbuatlarda dərc edilən 41 elmi publikasiyanın müəllifidir.   Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax