Dr. Nuriyyə Səlimova
Həkim laborant

Dr. Nuriyyə Səlimova Spelizasiya: Həkim laborant Təcrübə: 26 il Qəbula yazıl Təhsil 1992-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Karyera 1998-ci ildə 1 saylı Kliniki Tibbi Mərkəzin laboratoriyasında internatura kursu keçmişdir. 1999-cu ildə təyinatla Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Elmi Laboratoriya bölməsində elmi işçi kimi fəaliyyətə başlayıb. 2006-cı ildə Rusiya Elmlər Akademiyası Mərkəzi Elmi Tədqiqat Vərəm İnstitutunda molekulyar-genetika üzrə praktiki və nəzəri ixtisaslaşmış kurs keçib, diplom almışam, eyni zamanda Rusiya Elmlər Akademiyası Fizika Kimya Tibbi İnstitutunda sekvens üsulu üzrə təlimdə iştirak etmişdir. 2007-ci ildə Rusiya Elmlər Akademiyası V.A.Enqelqard adına Molekulyar Biologiya İnstitutunda bioloji mikroçip texnologiyasına əsaslanan PZR diaqnostika üzrə kurslarda iştirak edib, sertifikat almışamdır. 2013-cü ildə “İlkin aşkar olunmuş vərəmli xəstələrdə müxtəlif genotipli Mycobacterium tuberculosis-in multirezistent formalarının molekulyar-genetik kriteriyaları” mövzusunda fundamental elmi-tədqiqat işi aparmışamdır və Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışamdır, aparılan tədqiqaat işi QRAND mükafatına layiq görülmüş və bu layihə çərçivəsində daha geniş miqyaslı tədqiqat yönümlü araşdırmalar aparılmışdır. 2018-2022-ci il tarixlərində Kliniki, Biokimyəvi, İmmunoloji, Mikrobioloji, Patomorfoloji, Molekulyar-genetik bölmələrdən ibarət Kliniki Diaqnostik Laboratoriyanın şöbə müdiri vəzifəsində çalışmışamdır. Hal-hazırda ET Ağciyər Xəstəlikləri İnstitutunda Aparıcı elmi işçi kimi fəaliyyətimi davam etdirirəm, Elmi Şüranın üzvü və Tibbi-Elmi Tədqiqat Etik Komissiyasının sədr müaviniyəm. 2019-cu il tarixindən Covid19 pandemiyasının başladığı müddətdən DİAMED klinikanın PZR laboratoriyasında molekulyar-genetika üzrə mütəxəssis həkim-genetik kimi çalışır. 26 illik iş fəaliyyətim ərzində PZR üsulun deteksiyasından aslı olaraq, elektroforez, FLASH-PZR, PZR Real-Time, Bioloçip texnologiyası və sekvens metodları üzrə müxtəlif bioloji nümunələrdə (qan, bəlğəm, BALJ, onurğabeyni mayesi, plevral maye, assit maye, sinovial maye, limfa düyünlərindən və ya sümük toxumasından götürülmüş punktat nümunələr, urogenital yaxmalar, sidik və sairə) müxtəlif infeksiyaların (bakterioloji, virusoloji) və mutasiyaların təyinində, eləcədə insan genomunun tədqiqi istiqamətində genetik analizlər etmişdir. Molekulyar-genetika üzrə Beynəlxalq Konfranslarda (Rusiya, Gürcüstan) və müxtəlif tibbi mövzuları əhatə edən yerli Elmi-praktik Konqreslərdə, eləcə də “Akkreditasiya doğru laboratoriyanın İdarə edilməsinin gücləndirilməsi” mövzusunda seminarda (Moldaviya) və USAID/PHCS İlkin Səhiyyə Xidmətlərinin Güsləndirilməsi Layihəsi tərəfindən təşkil edilmiş “Sübutlu Təbabət və Kliniki Protokolların hazırlanması” üzrə təlimdə iştirak etmişdir. Yerli və xarici mətbuatlarda dərc edilən 41 elmi publikasiyanın müəllifidir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax
Dr. Alla İbrahimova
Həkim laborant
Leyla Mirzəyeva
Laborant
Dr. Sevinc Kərimova
USM-Radioloq

Dr. Sevinc Kərimova Spelizasiya: Həkim-Radioloq Təcrübə: 29 il Qəbula yazıl Təhsil 1995 – Azərbaycan Dövlət Tibb Universiteti, Pediatriya fakültəsi 1996 – Ə.Qarayev adına Uşaq Xəstəxanası – internatura, həkim-pediatr 2001–2002 – Azərbaycan Diaqnostika Mərkəzində ultrasəs müayinəsi üzrə 4 aylıq ixtisaslaşma kursu 2005 – Rusiya Federasiyası, Moskva – RMAPO (Həkimlərin Ali Təhsil Sonrakı İxtisaslaşma Akademiyası) Ultrasəs diaqnostika üzrə ixtisaslaşma kursu 2005–2017 – Moskva, RMAPO – aşağıdakı sahələr üzrə ixtisaslaşma kursları: Qalxanabənzər vəz, süd vəzləri, limfa sistemi və damar doppleroqrafiyası Uşaqlarda neyrosonoqrafiya Ginekologiya və hamiləlik dövründə dölün doppleroqrafiyası Ətraf damarların doppleroqrafiyası 2014 və 2022 – Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu – sertifikasiya kursları Karyera 1997–2001 – 1 N-li Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası – həkim-reanimatoloq 2002–2016 – 6 saylı Uşaq Xəstəxanası – həkim-radioloq «Nəbz» Özəl Klinikası – həkim-radioloq «Diamed» Klinikası – həkim-radioloq (hazırda fəaliyyət göstərir) Elmi və Peşəkar Fəaliyyət 2005–2007 – Uşaqlarda bud-çanaq oynağının ultrasəs müayinəsi üzrə elmi işdə həmmüəllif 2005-ci ildən – Rusiya Ultrasəs Mütəxəssisləri Assosiasiyasının üzvü 2010-cu ildən – Avropa Radioloqları Assosiasiyasının üzvü Azərbaycan, Rusiya, Türkiyə və Avropada keçirilən bir çox tibbi konfransların iştirakçısıdır Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar
Dr. Məhəmməd Əmrahov
Rentgen-Densitometriya

Dr. Məhəmməd Əmrahov Spelizasiya: Rentgen Densitometriya Qəbula yazıl Təhsil Mən Əmrahov Məhəmməd Məmməd oğlu 1962-ci il 14 aprel Beyləqan rayonunun Dünyamala kəndində anadan olmuşam. 1969-1979 cu ilin həmin kəndin orta məktəbində təhsil almışam. 1979-cu ildə Nəriman Nərimanov adına Azerbaycan Tibb Universitetinin sanitariya gigiyena fakültəsinə daxil olmuşam, 1985-ci ildə bitirmişəm. 1985-1989-cu illərdə Beyləqan rayonunda həkim labaratant çalışmışam. 1990- cı ilin yanvar- aprel aylarında həkimlər təkmilləşdirilmə universitetinin rengenolagiya kafeteryasinda tam ixtisaslaşma kursunu bitirmişəm. Karyera 1990-1994-cü ildə Beyləqan rayonunda MRX (Mərkəzi Respublika Xəstəxanası) rentgen şöbəsinin müdürü vəzifəsində olaraq çalışmışam 1994- 1999cu ildə Baki şəhər Travmatologiya xəstəxanasında rentgen şöbəsinin müdürü vəzifədə çalışmışam . 1999-cu ildən hal-hazıra qədər Kliniki Tibbi Mərkəzidə Radioloq vəzifəsində çalışıram. 2000-ci ildən hal- hazırda qədər Diamed klinikasinda həkim rengenoloq vəzifəsində çalışıram . İştirak etdiyi kurslar: 2006-cı ildə Avstraya Qrats şəhərində radioloji kursda və 2007-ci ildə Türkiyənin Ankara şəhərində Azərbaycan SS Səhiyyə Nazirliyi göndərişi ilə KT radioloji kursda bitirmişəm. Yanaşı olaraq ayrı- ayrı vaxtlarda Azərbaycan eser təkmilləşdirilməsi haqqında həkimler institunda dematik kursularda Türkiyenin Antalya şəhərində radioloji konfransa iştirak etmişəm. 2024-ci ildə radiologiya üzrə sertifikatla keçirmişəm.
Dr. Rəsmiyyə Məmmədova
Həkim laborant

Rəsmiyyə Məmmədova Spelizasiya: Həkim-Laborant Təcrübə: Qəbula yazıl Təhsil Karyera Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar