Dr. Nailə Əliyeva
Endokrinoloq

Dr. Nailə Əliyeva Spelizasiya: Endokrinoloq Təcrübə: 41 il Qəbula yazıl Təhsil 1974-1980-ci illərdə Tibb Universitetinin Müalicə Fakültəsində təhsil almışdır. 1981-1982-ci illərdə internatura keçmişdir. Karyera 1982–2010: Endokrinologiya Mərkəzində çalışmışdır. 2010 – Hal-hazırda: Diamed Klinikasında USM (Ultrasəs Müayinəsi) həkimi və Endokrinoloq kimi fəaliyyət göstərir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax
Dr. Rauf Cabbarov
Endokrinoloq

Rauf Cabbarov Spelizasiya: Həkim-endokrinoloq Təcrübə: 50 il Qəbula yazıl Təhsil 1975-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1975–1976-cı illərdə internatura keçmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Karyera 1978–2014-cü illərdə Respublika Endokrinoloji Mərkəzində həkim-metodist, həkim-endokrinoloq və daha sonra mərkəzin direktoru vəzifələrində çalışmışdır. Müalicə etdiyi əsas xəstəliklərə qalxanvari vəzin patologiyaları, şəkərli və şəkərsiz diabet, cırtdanboyluq, cinsi çatışmazlıq və digər endokrin pozuntular aiddir. Avropa Tiroid Assosiasiyasının və Avropa Endokrinologiya Assosiasiyasının ömürlük üzvüdür. Endokrinologiya və diabetologiya sahəsində fəaliyyət göstərən beynəlxalq dərnək və assosiasiyaların konqreslərinin daimi iştirakçısıdır Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar
Dr. Lalə Səlimxanova
Endokrinoloq

Dr. Lalə Səlimxanova Spelizasiya: Endokrinoloq Təcrübə: 45 il Qəbula yazıl Təhsil 1989-cu ildə Moskva şəhərində Rusiya Tibb Elmləri Akademiyasının Endokrinologiya və Hormon Kimyası İnstitutunda “Şəkərli diabet” mövzusu üzrə dissertasiya müdafiə etmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Karyera Endokrinoloq Dr. Lalə Səlimxanova Şəkərli Diabetin Tətbiqi üzrə Avropa Assosiasiyasının, Amerika Diabet Assosiasiyasının, Avropa və Rusiya Ginekoloqlar və Endokrinoloqlar Assosiasiyasının üzvüdür. Şəkərli diabetin tətbiqi üzrə 100-ə yaxın elmi əsərin, 12 səmərələşdirici təklifin və mədəaltı vəzinin inkretor funksiyasının tədqiqi üzrə elmi ixtira patentinin müəllifidir. 1985–1995-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra dosenti, 1995–2000-ci illərdə isə Azərbaycan Tibb Universitetinin Terapiya kafedrasının dosenti olmuşdur. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar
Dr. Vahid Kərimov
Endokrinoloq

Dr. Vahid Kərimov Spelizasiya: Endokrinoloq Təcrübə: 33 il Qəbula yazıl Təhsil 1989 – Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 1991 – Taşkənd Həkimləri Təkmilləşdirmə İnstitutunu bitirib, endokrinoloq ixtisasına yiyələnib. Karyera Sertifikatları: ЕАSD: 2008-2019. ISРАD: 2013. IDF: 2011, 2019. ECE: 2010, 2015, 2019. Endo Bridge: 2014. ЕТА: 2012, 2013, 2019. Türkiyə “Ulusal Diabet Kongresi”: 2010. Türkiyə “Endokrinoloji və Metabolizma Xəstəlikləri Kongresi”: 2010, 2016. ЕSС: 2011. ЕВАС: 2013. Klinik tədqiqatlarda iştirak təcrübəsi: Амаgul və Diabеtоn МR üzrə lokal klinik tədqiqatlar. Yerli mətbuatda bir çox elmi məqaləsi nəşr edilib. Mütəmadi olaraq ЕАSD, IDF, ISРАD, Еndo Bridge (Türkiyə) və Novo Nordisk, Sanofi-Aventis, Servier, Таkeda, Novartis, Lylly, Berlin Chemi şirkətlərinin tematik elmi tədbirlərində (konqreslər, simpoziumlar, dəyirmi masalar və s.) iştirak edir. “Avropa Endokrinoloqlar Cəmiyyətinin” (ESE) üzvüdür. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar