Dr. Aydın Əliyev
Nevropatoloq, BBD (Dopler)

Dr. Aydın Əliyev Spelizasiya: Nevropatoloq, BBD (Dopler) Təcrübə: 46 il Qəbula yazıl Təhsil Ali Təhsil: 1970–1976-cı illərdə Nəriman Nərimanov adına Tibb İnstitutunda (indiki ATU) təhsil almışdır. Aspirantura: 1981–1984-cü illərdə Bexterev adına Psixonevroloji Elmi Tədqiqat İnstitutunda aspirantura təhsili almışdır. Elmi Dərəcə: 1985-ci ildə Tibb Elmləri Namizədi (PhD) dərəcəsini qazanmışdır. Karyera 1979–2006: Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında işləmişdir. 1985–2006: Həmin xəstəxanada Nevroloji Şöbənin Müdiri vəzifəsində çalışmışdır. 2006 – Hal-hazırda: Diamed Klinikasında Nevropatoloq və BBD (Beyin Damarlarının Dopleroqrafiyası) üzrə mütəxəssis olaraq fəaliyyət göstərir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax
Dr. Kəmalə Mehdiyeva
Nevropatoloq

Dr. Kəmalə Mehdiyeva Spelizasiya: Nevropatoloq Təcrübə: 31 il Qəbula yazıl Təhsil 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmuşdur. Karyera 1985–1987-ci illərdə həkim-interna vəzifəsində çalışmışdır. 1994-cü ildən 2022-ci ilə kimi Bakı şəhəri 4 saylı şəhər poliklinikasında həkim-nevroloq kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə Amerikanın Oregono ştatında 1 aylıq ailə-həkim kursunu bitirmişdir. 2012-ci ildə Amerikada təkrar 2 həftəlik ailə kursunu bitirib və sertifikat almışdır. 2013-cü ildə Norveçin eşitmə mərkəzində keçirilən “Vertebrobazilyar yetməzliyi və eşitmə sinirinin zədələnməsi fəsadları” mühazirəsində iştirak etmişdir. 2016-cı ildə Bakı şəhərində ilin uğurlu həkimi adına layiq görülmüşdür. 2020-ci ildə Nobel ilaç şirkəti adından Covid-19 ilə mübarizə apardığına görə təşəkkürnamə ilə təltif olunmuşdur. 2023-cü ildən iş fəaliyyətini diamed Medical Groupda davam edir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax
Prof. Əli Allahverdiyev
EEQ, EXO-EEQ

Prof. Əli Allahverdiyev Spelizasiya: Nevropatoloq Təcrübə: 41 il Qəbula yazıl Təhsil 1973 – N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsini bitirib. 1973-1974 – 6 №-li Uşaq Xəstəxanasında həkim-intern. 1976-1979 – Azərbaycan EA Fiziologiya İnstitutunun əyani şöbəsində aspirant. 1980 – Ermənistan EA Fiziologiya İnstitutunda tibb elmləri namizədi dərəcəsini müdafiə edib. 1989 – Moskva, Uşaq və Yeniyetmələrin Fiziologiyası İnstitutunda tibb elmləri doktoru dərəcəsini müdafiə edib. 1992 – Professor adı verilib. Karyera 1974-1975 – Bakı Səhiyyə Şöbəsinin həkim-müfəttişi. 1975-1976 – Azərbaycan EA Fiziologiya İnstitutunda kiçik elmi işçi. 1982-ci ildən Azərbaycan EA Fiziologiya İnstitutunun böyük elmi işçisi. 1985-ci ildən “Kliniki neyrofiziologiya” laboratoriyasının rəhbəri. 1993-1995 – Türkiyədə “TÜBİTAK” qrantı üzrə Ankara “Hacettepe” Universitetində professor. 1996-1997 – Türkiyə Uşaq Nevroloji Cəmiyyətinin iclaslarında (İstanbul) və Dyuren Akademik Klinikada (Almaniya) mühazirəçi. 2003-cü ildən Bakı şəhərində “Diamed” özəl tibbi klinikasında həkim. 2012 – Beynəlxalq Konfransa (İstanbul) hörmətli qonaq kimi dəvət olunub. 1980-ci illərdən etibarən respublikanın müxtəlif klinikalarında neyrofizioloji diaqnostik şöbələr yaradıb. Respublika Tibbi Üzrə Koordinasiya Şurasının üzvü. Beynəlxalq jurnalların redaksiya kollegiyalarının üzvü: “Научное обозрение. Медицинские науки” (Moskva) “Научное обозрение. Биологические науки” (Moskva) “Биомедицина и социология” (Moskva) Hər il beynəlxalq konqres və simpoziumlarda aktiv iştirakçı. 290 elmi məqalə, 2 monoqrafiya müəllifi. 16 tibb və biologiya elmləri namizədi, 2 elmlər doktoru yetişdirib. Hal-hazırda 2 doktorluq dissertasiyasına rəhbərlik edir. Mükafatlar və Fəxri Adlar SSRİ EA və AMEA-nın təşəkkürnamələri. 1986 – SSRİ Ali Sovetinin “За трудовое отличие” medalı. 2015 – Avropa Elmi-Sənaye Konsorsiumunun “European Quality” qızıl medalı. 2015 – “Labore Et Scientia” və “Primus İnter Pares” ordenləri. Rusiya Təbiət Akademiyasının mükafatları: “Заслуженный деятель науки и образования” diplomu. “Основатель научной школы” diplomu. “Золотая Кафедра России” diplomu.
Dr. Nonna Vinnitskaya
Nevropatoloq

Dr. Nonna Vinnitskaya Spelizasiya: Nevropatoloq Təcrübə: 41 il Qəbula yazıl Təhsil ADTU-də təhsil almışdır. 1979-cu ildə indiki Sankt-Peterburqda “Onurğa Beyni Qan Dövranının Pozulması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, dəfələrlə təkmilləşdirmə kursları keçmiş və seminarlarda olmuşdur. Karyera Bakı şəhər 1 saylı Klinik Xəstəxanasının Nevrologiya şöbəsində işə başlamış və burada 44 il çalışmışdır. 1 saylı şəhər Klinik Xəstəxanasında işlədiyi dövrdə EEQ kabineti yaratmış, reflektoterapiya ilə məşğul olmuşdur. Uzun illər Bakı şəhərinin baş nevropatoloqu olmuş, internaturada çoxlu sayda həkim-nevropatoloq hazırlamışdır. 17 elmi əsərin müəllifidir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax
Dr. Məlahət Nəhmətova
Nevropatoloq

Dr. Məlahət Nəhmətova Spelizasiya: Nevropatoloq Təcrübə: 42 il Qəbula yazıl Təhsil 1972-ci ildə Azərbaycan Tibb Universitetinə (ATU) daxil olmuşdur. 1979-cu ildə internaturanı bitirmişdir. Karyera 1980-ci ildə Ağdam Rayon Poliklinikasında həkim-nevroloq kimi fəaliyyətə başlamışdır. 1990-cı ildən Respublika Əlillərin Bərpa Mərkəzində Nevrologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2010-cu ildən etibarən “Diamed” Klinikasında fəaliyyət göstərir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar