Dr. Nailə Əliyeva
Endokrinoloq

Dr. Nailə Əliyeva Spelizasiya: Endokrinoloq Təcrübə: 41 il Qəbula yazıl Təhsil 1974-1980-ci illərdə Tibb Universitetinin Müalicə Fakültəsində təhsil almışdır. 1981-1982-ci illərdə internatura keçmişdir. Karyera 1982–2010: Endokrinologiya Mərkəzində çalışmışdır. 2010 – Hal-hazırda: Diamed Klinikasında USM (Ultrasəs Müayinəsi) həkimi və Endokrinoloq kimi fəaliyyət göstərir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax
Dr. İsa Cahanov
Terapevt

Dr. İsa Cahanov Spelizasiya: Həkim-terapevt Təcrübə: 45 il Qəbula yazıl Təhsil Ordubad rayonu 1 №-li məktəbdə orta təhsil almışdır. 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş,1978-ci ildə müalicə-profilaktika fakültəsini bitirərək müalicə işi ixtisası almışdır. Həkimlik fəaliyyəti dövründə EKQ üzrə funksional diaqnostika kursunu uğurla tamamlamışdır. Karyera 1979–1982 – Ordubad rayonu, Vənənd kəndində Həkim-Terapevt 1982–1989 – Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim, kardio-reanimatoloq 1990–1992 – 15 saylı şəhər klinikasında sahə həkimi 1992–2020 – 39 №-li ambulatoriyada baş həkim və revmatoloq (0.25 ştatla) 2020–hal-hazırda – İdeal Tibb Mərkəzinin Diamed klinikasında Həkim-Terapevt kimi fəaliyyət göstərir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar
Dr. Rauf Cabbarov
Endokrinoloq

Rauf Cabbarov Spelizasiya: Həkim-endokrinoloq Təcrübə: 50 il Qəbula yazıl Təhsil 1975-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1975–1976-cı illərdə internatura keçmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Karyera 1978–2014-cü illərdə Respublika Endokrinoloji Mərkəzində həkim-metodist, həkim-endokrinoloq və daha sonra mərkəzin direktoru vəzifələrində çalışmışdır. Müalicə etdiyi əsas xəstəliklərə qalxanvari vəzin patologiyaları, şəkərli və şəkərsiz diabet, cırtdanboyluq, cinsi çatışmazlıq və digər endokrin pozuntular aiddir. Avropa Tiroid Assosiasiyasının və Avropa Endokrinologiya Assosiasiyasının ömürlük üzvüdür. Endokrinologiya və diabetologiya sahəsində fəaliyyət göstərən beynəlxalq dərnək və assosiasiyaların konqreslərinin daimi iştirakçısıdır Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar
Dr. Kəmalə Mehdiyeva
Nevropatoloq

Dr. Kəmalə Mehdiyeva Spelizasiya: Nevropatoloq Təcrübə: 31 il Qəbula yazıl Təhsil 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmuşdur. Karyera 1985–1987-ci illərdə həkim-interna vəzifəsində çalışmışdır. 1994-cü ildən 2022-ci ilə kimi Bakı şəhəri 4 saylı şəhər poliklinikasında həkim-nevroloq kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə Amerikanın Oregono ştatında 1 aylıq ailə-həkim kursunu bitirmişdir. 2012-ci ildə Amerikada təkrar 2 həftəlik ailə kursunu bitirib və sertifikat almışdır. 2013-cü ildə Norveçin eşitmə mərkəzində keçirilən “Vertebrobazilyar yetməzliyi və eşitmə sinirinin zədələnməsi fəsadları” mühazirəsində iştirak etmişdir. 2016-cı ildə Bakı şəhərində ilin uğurlu həkimi adına layiq görülmüşdür. 2020-ci ildə Nobel ilaç şirkəti adından Covid-19 ilə mübarizə apardığına görə təşəkkürnamə ilə təltif olunmuşdur. 2023-cü ildən iş fəaliyyətini diamed Medical Groupda davam edir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax
Dr. Nərgiz Allahverdiyeva
Ginekoloq

Dr. Nərgiz Allahverdiyeva Spelizasiya: Onko-Ginekoloq Təcrübə : 33 il Qəbula yazıl Təhsil 09.1986-06.1992 Azərbaycan Dövlət Tibb Universiteti Müalicə İşi Fakültəsi Təhsil müddətində klinik təcrübə, diaqnostikavə terapevtik yanaşmalar üzrə əsaslı biliklər əldə etmişdir Karyera Həkim Onko-Ginekoloq | DiaMed Medical GroupBakı ş., Azərbaycan01.12.2010 – halhazırda Ginekoloji xəstləliklərinin müalicəsiGinekoloji müayinələr və xərçəng skrininqləri (Pap-test, kolposkopiya və s.) aparılması Uşaqlıq boynu, yumurtalıq, uşaqlıq orqanları xərçənglərinin diaqnostika və müalicəsi Cərrahi və hormonal müalicə üsullarını əhatə edən fərdi müalicə planlarının hazırlanması Həkim Onko-Ginekoloq | Şəhər Onkolojı DispanseriBakı ş., Azərbaycan01.09.1993 – 01.12.2010 Ginekoloji onkologiya sahəsində diaqnostika və ilkin müalicənin təmin edilməsi Müxtəlif diaqnostik prosedurlar və ambulator əməliyyatların həyata keçirilməsi Xərçəngin erkən aşkarlanması və qadın sağlamlığı üzrə ictimai səhiyyə təşəbbüslərində iştirak Gənc həkimlərə mentorluq edib və multidissiplinar komanda ilə əməkdaşlıq Sertifikatlar və kurslar 1. Ümumi onkologiya kursu – Bakı, 19942. Qadın onkolojı xəstəliklərinin diaqnostika və müalicəsi kursu – Bakı, 19993. Qadınların bədxassəli şişlərinin diaqnostika və müalicə üsulları kursu – Bakı, 20004. Uşaqlıq boynunun xəstəliklərinin diaqnostika və müalicə üsulları kursu – Bakı, 20055. Kolposkopiya kursu (Botkin xəstəxanası) – Moskva, 20066. Menopauza zamanı hormon əvəzedici terapiya kursu – Bakı, 20117. Uşaqlıq boynunun konizasiya, biopsiya və LEEP əməliyyatları kursu – Bakı, 20188. Qadın xəstəliklərinin USM kursu – Bakı, 2023 Konfranslar, Konqreslər və Simpoziumlar (xülasə) Конференция «Новые горизонты гинекологической эндокринологии» – Moskva, 2003 “REPRODUKTOLOGİYADA GENETİK ASPEKTLƏR” elmi-praktik seminarı – Bakı, 2009 6th National Gynaecology and Obstetrics Congress – Antalya, 2008 8th National Gynaecology and Obstetrics Congress – Antalya, 2010 The 18th World Congress on Controversies in Obstetrics, Gynecology & Infertility (COGI) – Vienna, 2013 First Global ESC Conference on Contraception, Reproductive and Sexual Health – Copenhagen, 2013 European Society of Gynaecological Oncology Conference – Antalya, 2016 “Endometriozisin müalicəsində müasir yanaşma” – Bakı, 2019 “UROGİNEKOLOJİ Elmi-Praktik Beynəlxalq Tibb Konfransı” – Bakı, 2022 “Mamalıq-ginekologiya və perinatologiya problemlərinə müasir yanaşma” – Bakı, 2023 “Mamaliq və Ginekologiya üzrə VII Beynəlxalq Konqres” – Bakı, 2025
Dr. Aqil Əliyev
Dermatoloq

Dr. Əliyev Aqil Spelizasiya: Həkim-dermatoloq Təcrübə: 12 il Qəbula yazıl Təhsil 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olmuşdur. 2013-cü ildə həmin fakültəni ümumi profilli hərbi həkim ixtisası üzrə bitirmiş və leytenant hərbi rütbəsi almışdır. 12.09.2014-cü ildən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində rezidentura təhsilinə başlamışdır. 2016–2018 illərdə Türkiyə Respublikasının Ankara şəhərində GATA – Gülhane Askeri Tıp Akademiyasında ezamiyyətdə olmuşdur. Karyera 23.06.2013 – 18.12.2013 – 050 saylı hərbi hissənin tibb məntəqəsində həkim 18.12.2013 – 01.01.2014 – 064 saylı hərbi hissənin tibb məntəqəsinin rəisi 01.01.2014 – 21.01.2014 – 066 saylı hərbi hissənin tibb məntəqəsinin rəisi 21.01.2014 – 12.09.2014 – 915 saylı hərbi hissənin tibb məntəqəsinin rəisi 12.09.2014-dən – Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində rezident vəzifəsində fəaliyyət göstərir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar
Dr. Səxavətdin Axundov
Terapevt- Allerqoloq

Dr. Səxavətdin Axundov Spelizasiya: Terapevt- Allerqoloq Təcrübə: 50 il Qəbula yazıl Təhsil 1968-1974-cü illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-Profilaktika fakültəsində təhsil almışdır. Karyera 1975-1982-ci illərdə Salyan rayonunda terapevt və allerqoloq kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə Moskvada allerqologiya üzrə 2 aylıq kurs keçmişdir. 1982-1985-ci illərdə ATU-nun Əyani Aspiranturasını allerqologiya ixtisası üzrə bitirmişdir. 1986-cı ildə Elmlər Namizədi dissertasiyasını müdafiə etmişdir. Pedaqoji Fəaliyyət (ATU): 1985-ci ildən ATU-nun müxtəlif kafedralarında pedaqoji fəaliyyətə başlamışdır. 1995-ci ildə dosent kimi fəaliyyət göstərmişdir. 2009-2022-ci illərdə Allerqologiya və İmmunologiya kafedrasında dərs demişdir. Elmi İşi: 40-a yaxın elmi məqalənin müəllifidir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax
Dr. Lalə Səlimxanova
Endokrinoloq

Dr. Lalə Səlimxanova Spelizasiya: Endokrinoloq Təcrübə: 45 il Qəbula yazıl Təhsil 1989-cu ildə Moskva şəhərində Rusiya Tibb Elmləri Akademiyasının Endokrinologiya və Hormon Kimyası İnstitutunda “Şəkərli diabet” mövzusu üzrə dissertasiya müdafiə etmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Karyera Endokrinoloq Dr. Lalə Səlimxanova Şəkərli Diabetin Tətbiqi üzrə Avropa Assosiasiyasının, Amerika Diabet Assosiasiyasının, Avropa və Rusiya Ginekoloqlar və Endokrinoloqlar Assosiasiyasının üzvüdür. Şəkərli diabetin tətbiqi üzrə 100-ə yaxın elmi əsərin, 12 səmərələşdirici təklifin və mədəaltı vəzinin inkretor funksiyasının tədqiqi üzrə elmi ixtira patentinin müəllifidir. 1985–1995-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra dosenti, 1995–2000-ci illərdə isə Azərbaycan Tibb Universitetinin Terapiya kafedrasının dosenti olmuşdur. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar
Dr. Vahid Kərimov
Endokrinoloq

Dr. Vahid Kərimov Spelizasiya: Endokrinoloq Təcrübə: 33 il Qəbula yazıl Təhsil 1989 – Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 1991 – Taşkənd Həkimləri Təkmilləşdirmə İnstitutunu bitirib, endokrinoloq ixtisasına yiyələnib. Karyera Sertifikatları: ЕАSD: 2008-2019. ISРАD: 2013. IDF: 2011, 2019. ECE: 2010, 2015, 2019. Endo Bridge: 2014. ЕТА: 2012, 2013, 2019. Türkiyə “Ulusal Diabet Kongresi”: 2010. Türkiyə “Endokrinoloji və Metabolizma Xəstəlikləri Kongresi”: 2010, 2016. ЕSС: 2011. ЕВАС: 2013. Klinik tədqiqatlarda iştirak təcrübəsi: Амаgul və Diabеtоn МR üzrə lokal klinik tədqiqatlar. Yerli mətbuatda bir çox elmi məqaləsi nəşr edilib. Mütəmadi olaraq ЕАSD, IDF, ISРАD, Еndo Bridge (Türkiyə) və Novo Nordisk, Sanofi-Aventis, Servier, Таkeda, Novartis, Lylly, Berlin Chemi şirkətlərinin tematik elmi tədbirlərində (konqreslər, simpoziumlar, dəyirmi masalar və s.) iştirak edir. “Avropa Endokrinoloqlar Cəmiyyətinin” (ESE) üzvüdür. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar
Prof. Əli Allahverdiyev
EEQ, EXO-EEQ

Prof. Əli Allahverdiyev Spelizasiya: Nevropatoloq Təcrübə: 41 il Qəbula yazıl Təhsil 1973 – N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsini bitirib. 1973-1974 – 6 №-li Uşaq Xəstəxanasında həkim-intern. 1976-1979 – Azərbaycan EA Fiziologiya İnstitutunun əyani şöbəsində aspirant. 1980 – Ermənistan EA Fiziologiya İnstitutunda tibb elmləri namizədi dərəcəsini müdafiə edib. 1989 – Moskva, Uşaq və Yeniyetmələrin Fiziologiyası İnstitutunda tibb elmləri doktoru dərəcəsini müdafiə edib. 1992 – Professor adı verilib. Karyera 1974-1975 – Bakı Səhiyyə Şöbəsinin həkim-müfəttişi. 1975-1976 – Azərbaycan EA Fiziologiya İnstitutunda kiçik elmi işçi. 1982-ci ildən Azərbaycan EA Fiziologiya İnstitutunun böyük elmi işçisi. 1985-ci ildən “Kliniki neyrofiziologiya” laboratoriyasının rəhbəri. 1993-1995 – Türkiyədə “TÜBİTAK” qrantı üzrə Ankara “Hacettepe” Universitetində professor. 1996-1997 – Türkiyə Uşaq Nevroloji Cəmiyyətinin iclaslarında (İstanbul) və Dyuren Akademik Klinikada (Almaniya) mühazirəçi. 2003-cü ildən Bakı şəhərində “Diamed” özəl tibbi klinikasında həkim. 2012 – Beynəlxalq Konfransa (İstanbul) hörmətli qonaq kimi dəvət olunub. 1980-ci illərdən etibarən respublikanın müxtəlif klinikalarında neyrofizioloji diaqnostik şöbələr yaradıb. Respublika Tibbi Üzrə Koordinasiya Şurasının üzvü. Beynəlxalq jurnalların redaksiya kollegiyalarının üzvü: “Научное обозрение. Медицинские науки” (Moskva) “Научное обозрение. Биологические науки” (Moskva) “Биомедицина и социология” (Moskva) Hər il beynəlxalq konqres və simpoziumlarda aktiv iştirakçı. 290 elmi məqalə, 2 monoqrafiya müəllifi. 16 tibb və biologiya elmləri namizədi, 2 elmlər doktoru yetişdirib. Hal-hazırda 2 doktorluq dissertasiyasına rəhbərlik edir. Mükafatlar və Fəxri Adlar SSRİ EA və AMEA-nın təşəkkürnamələri. 1986 – SSRİ Ali Sovetinin “За трудовое отличие” medalı. 2015 – Avropa Elmi-Sənaye Konsorsiumunun “European Quality” qızıl medalı. 2015 – “Labore Et Scientia” və “Primus İnter Pares” ordenləri. Rusiya Təbiət Akademiyasının mükafatları: “Заслуженный деятель науки и образования” diplomu. “Основатель научной школы” diplomu. “Золотая Кафедра России” diplomu.