Diamed Medical Group

Əlaqə vasitələri

Filiallar

Edit Template
qaraciyer, diamed hospital

FibroScan – qaraciyərin vəziyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuş, tam ağrısız və invaziv olmayan (biopsiyasız) bir müayinə üsuludur. Bu texnologiya qaraciyər toxumasının sərtliyini və piylənmə dərəcəsini ölçərək, fibroz və steatoz səviyyələrini müəyyən edir.

Ənənəvi olaraq bu məlumatlar yalnız qaraciyər biopsiyası ilə əldə olunurdu, lakin FibroScan sayəsində artıq qısa müddətdə və təhlükəsiz şəkildə nəticə almaq mümkündür.

FibroScan hansı hallarda aparılır?

  • Qaraciyər piylənməsi şübhəsi olduqda;

  • Hepatit B və C diaqnozu olan pasiyentlərdə;

  • Qan analizlərində qaraciyər fermentlərinin yüksək olması;

  • Alkohollu qaraciyər xəstəliklərində;

  • Metabolik sindrom və diabet xəstələrində;

  • Xroniki qaraciyər narahatlığı və ya genetik risk faktorları olduqda.

FibroScan necə işləyir?

  • FibroScan cihazı qaraciyərə çox zəif səs dalğası (vibrasiya) göndərir və toxumanın bu dalğaya qarşı müqavimətini ölçür. Nəticədə:

    • Sərtlik dərəcəsi (kPa)– qaraciyərdəki fibroz (yəni çapıq toxuma);

    • Steatoz indeksi (CAP)– qaraciyərdə yağ yığılması səviyyəsi təyin olunur.

    Müayinə təxminən 10 dəqiqə çəkir, tamamilə ağrısızdır və xüsusi hazırlıq tələb etmir (yalnız 3-4 saat ac olmaq kifayətdir).

FibroScan nəticələri nə üçün vacibdir?

  • Erkən mərhələdə qaraciyər xəstəliklərini müəyyən etməyə kömək edir;

  • Biopsiyaya alternativ olaraq təhlükəsiz və rahatdır;

  • Qaraciyər sağlamlığınızı real zamanlı izləməyə imkan verir;

  • Müalicənin təsirini izləmək və dəyişiklikləri iymətləndirmək mümkündür.

Niyə FibroScan üçün Diamed Klinikası?

  • Azərbaycanda ilk özəl klinikalardan biri – 25 illik təcrübə;

  • Qaraciyər xəstəlikləri üzrə ixtisaslaşmış həkim heyəti;

  • Müasir texnologiya ilə aparılan FibroScan müayinəsi;

  • Nəticələr eyni gün təqdim olunur;

  • Rəqəmsal formatda çap və onlayn nəticə əldə etmə imkanı.

Qaraciyərinizi yoxlamaq üçün artıq biopsiyaya ehtiyac yoxdur. FibroScan ilə təhlükəsiz, tez və rahat müayinədən keçin – sağlamlığınızı nəzarətdə saxlayın!

📍Ünvan: Diamed Medical Group, Ak. Həsən Əliyev 493
www.diamedmedicalgroup.az