Diamed Medical Group

Əlaqə vasitələri

Filiallar

Edit Template
KT-xesteliyi

Kompüter Tomoqrafiyası (KT) – rentgen şüaları vasitəsilə orqan və toxumaların kəsik şəklində detallı görüntülərini əldə etməyə imkan verən müasir diaqnostik üsuldur. Qısa müddətdə yüksək dəqiqlikli nəticələr təqdim etməsi səbəbindən KT həm təcili hallarda, həm də xəstəliklərin erkən mərhələdə aşkarlanmasında böyük rol oynayır.

KT hansı hallarda təyin olunur?

  • Baş və beyin müayinələrində (şişlər, travmalar, qanaxmalar);
  • Ağciyər və ürək-damar xəstəliklərində;
  • Qarın boşluğu orqanlarında (qaraciyər, böyrək, dalaq və s.);
  • Sümük və oynaqlarda sınma, zədələnmə və degenerativ proseslərin aşkarlanmasında;
  • Onkoloji xəstəliklərin izlənməsində və metastazların müəyyən edilməsində.

KT müayinəsinin üstünlükləri

  • Çox qısa vaxtda nəticə;
  • Yüksək dəqiqlikli 3D görüntülər;
  • Geniş diaqnostik imkanlar;
  • Təcili vəziyyətlərdə (travma, daxili qanaxma) sürətli diaqnoz imkanı.

Niyə Diamed Hospital?

  • Müasir çoxsəviyyəli KT avadanlıqları;
  • Təcrübəli radioloqlar tərəfindən nəticələrin operativ təhlili;
  • Təcili hallarda dərhal diaqnoz və yönləndirmə;
  • Nəticələrin 24 saat ərzində onlayn və çap formatında təqdim edilməsi;
  • Həkim konsultasiyası və fərdi müalicə planının hazırlanması.

Əlaqə:

·        Online qeydiyyat: www.diamedhospital.az

·        WhatsApp: (050) 465 06 06

·        Telefon: (012) 465 06 06

·        Ünvan: Akademik Həsən Əliyev 493, Bakı 1110

Xəstəliklərin erkən diaqnozu sağlam gələcəyin açarıdır. Diamed Hospital-da KT müayinəsi ilə sağlamlığınızı qoruyun!