Hamiləlik zamanı hansı müayinələr vacibdir? Trimestr üzrə yoxlama təqvimi

Hamiləlik dövründə həm ana, həm də döl üçün təhlükəsiz və sağlam inkişafın təmin olunması məqsədilə mütəmadi olaraq müxtəlif analiz və instrumental müayinələrdən keçmək vacibdir. Diamed Hospital bu prosesdə gələcək analara rəqəmsal nəticə, 4D USM, doppler, genetik testlər daxil olmaqla geniş və mərhələli xidmət təqdim edir. 1-ci trimestr (0–13 həftə) – erkən diaqnostika və risklərin aşkarlanması Beta-HCG testi – hamiləliyin təsdiqi; Qan qrupu və rezus faktoru; Tam qan analizi (hemoglobin, leykosit); İltihabi markerlər (CRP, ESR); Hepatit B, C, HIV, sifilis testləri; Sidik analizi – infeksiya və böyrək nəzarəti; TSH, T4 – qalxanabənzər vəz funksiyası; Ultrasəs – dölün yerləşməsi və ürək döyüntüsü. 2-ci trimestr (14–27 həftə) – inkişaf və orqanların qiymətləndirilməsi Glükoza tolerantlıq testi – hamiləlik şəkərinin nəzarəti; Üçlü test (AFP, HCG, estriol) – genetik sindromlar üçün risk qiymətləndirilməsi; Qan təzyiqi monitorinqi; İkinci trimestr USM – dölün anatomik strukturlarının qiymətləndirilməsi; Vitamin D, dəmir və ferritin yoxlamaları; Yenidən CBC və sidik testi. 3-cü trimestr (28–40 həftə) – doğuşa hazırlıq və dölün son qiymətləndirilməsi Dölün çəkisi və mövqeyi üçün son USM; Doppler müayinəsi – qan axınının təhlili; Streptokokk (GBS) testi; Qan qrupuna uyğun antikor nəzarəti (əgər Rh mənfi varsa); Ferritin, D vitamini və hemoglobin səviyyələrinin təkrarı. Niyə Diamed Hospital? Hamiləlik üzrə tam müayinə protokolu; 4D və doppler ultrasəs cihazları; Analizlər və görüntüləmə eyni məkanda; Ginekoloq və hamiləlik üzrə mütəxəssislərlə koordinasiyalı xidmət; Nəticələr 24–48 saatda onlayn və çap formatında təqdim olunur. Əlaqə: Online qeydiyyat: www.diamedhospital.az WhatsApp: (050) 465 06 06 Telefon: (012) 465 06 06 Ünvan: Akademik Həsən Əliyev 493 , Bakı 1110 Ana və körpənizin sağlamlığı üçün hamiləliyin hər dövründə nəzarətli şəkildə müayinədən keçin. Diamed Hospital – hər addımda yanınızdadır. Digər xəbərlər Düzgün qidalanmamaq qastrit yaradır! Qaraciyər xəstəliklərinin əlamətləri! Vitamin C sağlamlığınız üçün vacibdir! Tez-tez susayırsan? Bəlkə də bu, şəkərli diabetdir! Qızılca sadə səpkilər deyil – təhlükəni tanı!
Yataq yarası çıxmasın deyə nə etməliyik?

Yataq yaraları (tibbi adıyla dekubit və ya təzyiq yarası), uzun müddət hərəkətsiz qalan xəstələrdə – xüsusilə yataq xəstələrində – bədənin dəri ilə yataq arasında qalan təzyiq sahələrində yaranan ciddi dəri və toxuma zədələnmələridir. Bu yaralar müalicə olunmadıqda infeksiya, ağrı və daha ağır fəsadlara yol aça bilər. Diamed Hospital-ın yeni fəaliyyətə başlayan Ağır Xəstə Baxım Mərkəzi bu sahədə həm qarşısının alınması, həm də yaranmış yaraların peşəkar müalicəsi üzrə xidmət göstərir. Yataq yaralarının qarşısını almaq üçün nə etmək lazımdır? Xəstənin hər 2-3 saatdan bir çevrilməsi: Eyni nahiyəyə davamlı təzyiq yaranmaması üçün bu vacibdir; Antidekubitus döşəklərdən istifadə: Xüsusi hava ilə işləyən döşəklər təzyiqi azaldır və hava axını yaradır; Dərinin gündəlik nəzarəti və təmizliyi: Nəmlik və qalıq maddələrdən təmizləmə infeksiyanın qarşısını alır; Quru və təmiz yataq örtüyü: Çirkli və nəmiş yataq örtüyü yara riskini artırır; Zülallı və vitaminlərlə zəngin qidalanma: Dərinin bərpası və immunitetin güclənməsi üçün; Fizioterapiya və passiv hərəkət proqramları: Qan dövranını stimullaşdırır və əzələ əriyini azaldır. Yataq yarası yaranıbsa nə etmək lazımdır? İlk mərhələdə dərinin qızarması müşahidə olunur – bu anda təzyiqin dərhal azaldılması şərtdir; Açıq yara varsa, steril sarğı və antiseptiklərlə peşəkar qulluq edilməlidir; İnfeksiya əlamətləri (pis qoxu, irin, qızartı) olduqda mütləq həkimə müraciət edilməlidir; Diamed Hospital-da xəstəxana şəraitində yaranın müalicəsi, lokal antibakterial terapiya və qidalanma dəstəyi təmin olunur. Niyə Diamed Hospital Baxım Mərkəzi? Yataq xəstələri üçün xüsusi bölmə və personal; Gündəlik monitorinq, tibb bacısı və fizioterapevt nəzarəti; Reabilitasiya, qidalanma və yara müalicəsi bir məkanda; Ailə üçün rahat müşahidə imkanı (kamera sistemi); Evdə qulluq mümkün olmadıqda alternativ olaraq peşəkar mühit. Ünvan: Diamed Medical Group, Ak. Həsən Əliyev 493www.diamedmedicalgroup.az Digər xəbərlər Yataq yarası çıxmasın deyə nə etməliyik? Qan azlığı (anemiya) Hamiləlik zamanı hansı müayinələr vacibdir? Trimestr üzrə yoxlama təqvimi Qaraciyər müayinəsi üçün biopsiyasız üsul! Gündəlik həyatda bel ağrısından necə qorunaq?
Gündəlik həyatda bel ağrısından necə qorunaq?

Yuxusuzluğun əsas səbəbləri Bel ağrısı poliklinikaya müraciətlərin ən çox rast gəlinən səbəblərindən biridir. Xəstələrin böyük əksəriyyəti bu problemi “səhv oturma”, “qəfil hərəkət” və ya “ağır yük qaldırma” ilə əlaqələndirir. Amma yaxşı xəbər odur ki, bu ağrıların qarşısını almaq mümkündür. Gündəlik həyatınızda bunlara diqqət edin: 1. Düzgün oturun Stol arxasında çalışarkən beliniz arxalığa söykənsin, ayaqlar yerə tam bassın. Ekran göz səviyyəsində olmalıdır. 2. Hərəkətsiz qalmayın Hər 45-60 dəqiqədən bir qalxıb gəzin. Əzələlər hərəkət istər. 3. Əzələ gücünü artırın Zəif qarın və bel əzələləri onurğanı dəstəkləyə bilmir. Sadə idman hərəkətləri ilə gücləndirin. 4. Yaxşı yatın Ortopedik döşək və yastıq seçimi çox önəmlidir. Çox yumşaq yataqdan çəkinin. 5. Ağırlıq qaldırarkən diqqətli olun Yükü dizlərdən əyilərək qaldırın, belinizi qoruyun. Əgər bel ağrınız uzun sürürsə, bəzən ayağa vuran keyimə, uyuşma ilə müşahidə olunursa, bu artıq sadə əzələ ağrısı deyil – o zaman nevroloji və ya ortopedik qiymətləndirmə mütləqdir. Bizim xəstəxanada həm müasir diaqnostika, həm də fizioterapiya və reabilitasiya xidmətləri mövcuddur. Sağlam bel – sağlam həyat deməkdir. Digər xəbərlər Düzgün qidalanmamaq qastrit yaradır! Qaraciyər xəstəliklərinin əlamətləri! Vitamin C sağlamlığınız üçün vacibdir! Tez-tez susayırsan? Bəlkə də bu, şəkərli diabetdir! Qızılca sadə səpkilər deyil – təhlükəni tanı!
Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun!

1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən Diamed Klinikası, ölkənin ilk özəl tibb müəssisələrindən biri olaraq, sağlamlığınızı yüksək standartlara uyğun qorumağı qarşısına məqsəd qoyub. Niyə Diamed? 3000+ tibbi xidmət: Poliklinika, laboratoriya və diaqnostik sahələrdə geniş xidmət seçimi Peşəkar həkimlər: Beynəlxalq təcrübəyə malik ixtisaslı komanda Son texnologiyalar: Avropa, Amerika və Yaponiyadan gətirilmiş müasir tibbi avadanlıqlar Avtomatlaşdırılmış laboratoriyalar: 1000+ analiz, dəqiqlik və sürət VIP və anonim xidmət: Məxfilik və rahatlıq təmin olunur Fizioterapiya mərkəzi: Reabilitasiya üçün xüsusi mərtəbə və innovativ cihazlar Bütün xidmətlər bir məkanda: MRT, KT, USM, EXO, Tomosintez 4D və s. Əlavə Rahatlıqlar: Klinikadaxili aptek Geniş parkinq 7-ci mərtəbədə müasir kafe Missiyamız: Hər bir pasiyentə fərdi yanaşmaq, innovativ və keyfiyyətli tibbi xidmət göstərmək. Vizyonumuz: Texnoloji yenilikləri tətbiq edərək regionun lider tibb mərkəzinə çevrilmək. Diamed – Sağlamlığın ünvanı.Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Digər xəbərlər Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Hansı analizlər immunitet zəifliyini göstərir? Süd vəzi müayinəsi necə aparılır? Ultrasəs və mammoqrafiya fərqi Yuxusuzluğun əsas səbəbləri
Yuxusuzluğun əsas səbəbləri

Yuxusuzluğun əsas səbəbləri İnsomniya və ya yuxusuzluq yuxuya getməyi çətinləşdirən, və ya çox erkən oyanmağınıza və yenidən yata bilməyinizi çətinləşdirən ümumi yuxu pozğunluğudur. Yuxusuzluq təkcə enerji səviyyənizi və əhvalınızı deyil, həm də sağlamlığınızı, iş performansınızı və həyat keyfiyyətinizi azalda bilər. Yuxusuzluğun əsas səbəbləri nələrdir? Yuxusuzluğa nəyin dəqiq səbəb olduğu həmişə eyni faktorla əlaqələndirilməsə də tez-tez aşağıdakılarla bağlı olur: Stress və narahatlıq Zəif yuxu mühiti – Narahat çarpayı və ya çox səs-küylü, isti və ya soyuq bir yataq otağı Həyat tərzi faktorlar – Uyğun olmayan qidalar, spirtli içki aludəçiliyi və ya yatmazdan öncə kofein içmək Fiziki sağlamlıq şərtləri – ürək problemləri, digər yuxu pozğunluqları və uzunmüddətli ağrılar Əgər yuxusuzluq gün ərzində işləməyinizi çətinləşdirirsə, yuxu probleminizin səbəbini və necə müalicə olunacağını müəyyən etmək üçün həkimə müraciət edə bilərsiniz. Ünvan: Diamed Medical Group, Ak. Həsən Əliyev 493www.diamedmedicalgroup.az Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl
Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar?

Plazmaferez – qan plazmasının süzülərək toksinlərdən, zərərli maddələrdən və immun komplekslərdən təmizlənməsi üsuludur. “Qan təmizləmə prosesi” kimi də tanınan bu metod, orqanizmin bioloji balansını bərpa edir və bir çox xroniki və otoimmün xəstəliklərin gedişatını yüngülləşdirir. Plazmaferez hansı hallarda tətbiq olunur? Xroniki yorğunluq və halsızlıq; Dəri xəstəlikləri (psoriaz, atopik dermatit); Autoimmun xəstəliklər (lupus, revmatoid artrit və s.); Alergik reaksiyalar və dərman toksikası; Sinir sistemi pozuntuları (skleroz, polinevrit); Qaraciyər yükü, maddələr mübadiləsi pozğunluğu; Sürətli detoks və ümumi sağlamlıq dəstəyi. Plazmaferez necə həyata keçirilir? Onlayn qeydiyyat və ilkin konsultasiya; Müalicə günü klinikada prosedura hazırlıq; Plazmaferez proseduru 60–90 dəqiqə davam edir; Qanınız xüsusi aparat vasitəsilə süzülür və təmizlənmiş şəkildə bədənə qaytarılır; Prosedurdan dərhal sonra pasiyent normal həyatına davam edə bilir. Plazmaferezin faydaları nələrdir? Orqanizmdə yığılan zərərli maddələrin təmizlənməsi; İmmunitet sisteminin yüngülləşməsi və bərpası; Dərinin parlaqlığı və allergik fonda azalma; Müalicəyə daha yaxşı cavab alma; Xroniki yorğunluqdan azad olma. Niyə plazmaferez üçün Diamed Klinikası? Müasir və sertifikatlı plazmaferez avadanlığı; Həkim nəzarətində təhlükəsiz prosedur; Rahat və steril şərait; Tək seans və ya kurs şəklində proqramlar; Əldə olunan nəticələr və pasiyent məmnuniyyəti yüksəkdir. Diamed Klinikası – Bakı şəhərində plazmaferez proseduru, qan təmizləmə və orqanizmin toksinlərdən azad edilməsi üçün doğru ünvandır! Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Bizimlə əlaqə : 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl
Hansı analizlər immunitet zəifliyini göstərir?

İmmunitet sistemi bədənin infeksiyalara və digər xəstəliklərə qarşı müdafiə qalasıdır. Yorğunluq, tez-tez xəstələnmək, yaraların gec sağalması və allergik reaksiyalar kimi əlamətlər zəif immunitetin göstəricisi ola bilər. Bəs bu vəziyyəti necə aşkar etmək olar? İmmunitet zəifliyini göstərən əsas laborator analizlər: Tam qan analizi (CBC): Leykosit (ağ qan hüceyrələri) səviyyəsi orqanizmin infeksiyalara qarşı reaksiyasını göstərir. ESR və CRP: İltihab və infeksiya göstəriciləri kimi istifadə olunur. Yüksək olduqda immun sistemin aktiv reaksiyası ehtimal olunur. Ferritin və dəmir: Dəmir çatışmazlığı immunitetin zəifləməsinə səbəb ola bilər. Vitamin D (25-OH D): İmmunitet hüceyrələrinin aktivliyi üçün vacibdir. Aşağı səviyyəsi tez-tez immun zəifliklə əlaqələndirilir. İmmun Qlobulinlər (IgA, IgM, IgG): Bədənin müdafiə mexanizmlərinin ümumi vəziyyəti barədə məlumat verir. Sink və B12 vitamini: Sinir sistemi və immun sistem üçün əsas mikroelementlərdir. İmmunitet zəifliyinin simptomları nələrdir? Tez-tez soyuqdəymə və ya qrip; Boğaz ağrısı və öskürəyin uzun müddət davam etməsi; Ağızda tez-tez yaraların çıxması; Yuxusuzluq və xroniki yorğunluq; Həddindən artıq allergik reaksiyalar; Stressə qarşı zəif dözümlülük. Diamed Klinikası – İmmunitet yoxlaması üçün doğru ünvan 7000-dən çox analiz çeşidi; İmmunitetlə bağlı geniş laborator panel; Həkim nəzarətində qiymətləndirmə və fərdi tövsiyələr; Nəticələr həm çap, həm də onlayn sistemlə təqdim olunur; Qısa müddətdə cavab və əlavə müalicə yönləndirməsi. İmmunitet sisteminizi yoxlamaq və gücləndirmək üçün ilk addımı atın – Diamed Klinikası yanınızdadır. Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Bizimlə əlaqə : 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl
Süd vəzi müayinəsi necə aparılır? Ultrasəs və mammoqrafiya fərqi

Süd vəzi sağlamlığı qadınlarda profilaktik tibbi yoxlamaların əsas hissəsidir. Süd vəzilərindəki dəyişikliklərin erkən aşkarlanması üçün ultrasəs müayinəsi (USM) və mammoqrafiya ən çox istifadə olunan üsullardır. Diamed Klinikası bu sahədə həm klassik mammoqrafiya, həm də 3D tomosintez texnologiyası ilə xidmət göstərir. Süd vəzi müayinəsi niyə vacibdir? Erkən mərhələdə şişlərin, kistlərin və toxuma dəyişikliklərinin aşkarlanması; Ailə tarixçəsində süd vəzi xərçəngi olan qadınlarda yüksək riskin nəzarətdə saxlanması; Hormon müalicəsi alan və ya menopauzada olan qadınlarda mütəmadi izləmə; Estetik dəyişikliklər və ya ağrı şikayətləri zamanı səbəbin müəyyən olunması. Ultrasəs müayinəsi (USM) nədir? Daha çox gənc qadınlarda və sıx toxumalı süd vəzilərində tətbiq olunur; Yumşaq toxumaları, kistləri və maye yığıntılarını daha aydın göstərir; Hamiləlik və laktasiya dövründə təhlükəsizdir; Şüa vermədiyi üçün limitsiz istifadə oluna bilər. Mammoqrafiya nədir? Xüsusilə 40 yaşdan yuxarı qadınlarda tövsiyə olunur; Kalsifikasiya (kireçlənmə), mikrokalsinatlar və şiş dəyişiklikləri üçün daha həssasdır; Az miqdarda rentgen şüası ilə işləyir; Ənənəvi 2D və yeni nəsil 3D tomosintez ilə daha dəqiq diaqnostika mümkündür. Diamed Klinikası həm klassik standarta uyğun mammoqrafiya, həm də yüksək dəqiqlikli 3D tomosintez aparatına malikdir. Bu texnologiya qat-qat görüntülər verərək kiçik dəyişiklikləri belə aydın şəkildə aşkarlamağa imkan yaradır. Süd vəzi müayinəsi necə aparılır? Qeydiyyat və anamnez toplanması; Fiziki baxış və toxunma müayinəsi; Həkim göstərişinə əsasən USM və/və ya mammoqrafiya; Nəticələr eyni gün ərzində təqdim olunur və şərh edilir. Niyə süd vəzi yoxlaması üçün Diamed Klinikası? USM və mammoqrafiya üzrə təcrübəli radioloqlar; 3D tomosintez texnologiyası ilə dəqiq nəticələr; Ağrısız və tez aparılan müayinə prosesi; Onlayn nəticə təqdimatı və ətraflı izah; Ailəvi yoxlamalar üçün kompleks check-up imkanları. Süd vəzi müayinəsini gecikdirməyin. Diamed Klinikası ilə sağlamlığınızı vaxtında qoruyun. Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Bizimlə əlaqə: 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl
99% Süd vəzi xərçəngindən azad ol!

99% Süd vəzi xərçəngindən azad ol! Yaranmasının qarşısını almaq mümkün olmasa da, erkən aşkarlayıb 99% dayandıra bilərsiniz! Dünyada hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Hal hazırda Yaponiyada süd vəzi xərçəngindən xilas olma dərəcəsi 99% – dir. Bunun ən böyük səbəbi xəstəliyin erkən mərhələdə aşkarlanmasıdır. 21-ci əsrin möcüzəsi adlandırılan və Azərbaycanda yeganə olan 3D mammografiya tomosintez aparatı ən kiçik ölçülü patalogiyaları aşkarlamaq özəlliyinə malikdir. Belə kiçik ölçülü patalogiyaların digər müayinə metodları ilə aşkarlanması qeyri-mümkündür. Süd vəzi xərçəgindən riskini 99% azad olmaq üçün elə indi əlaqə konsultasiya alın. Ünvan: Diamed Medical Group, Ak. Həsən Əliyev 493www.diamedmedicalgroup.az Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl
MRT nədir? Azərbaycanda MRT müayinəsi üçün etibarlı seçim – Diamed Klinikası

Maqnit-Rezonans Tomoqrafiyası (MRT) zərərli şüa yaymadan, orqanizmdəki toxuma və orqan strukturlarını yüksək dəqiqliklə göstərən müasir, şüasız görüntüləmə üsuludur. Bu texnologiya ilə beyin, onurğa, oynaqlar və daxili orqanlar – yəni yumşaq toxumalar tam aydın şəkildə qiymətləndirilə bilər. MRT vasitəsilə xəstəlikləri erkən mərhələdə aşkarlamaq mümkündür. Türkiyəli uzman Dr. Eray Darıcı qeyd edir: “MRT diaqnostikada alternativi olmayan görüntüləmə metodudur. Bu üsul, xəstəlikləri vaxtında aşkar edib müalicəyə başlamaq üçün böyük üstünlük yaradır.” MRT hansı hallarda tətbiq olunur? MRT aşağıdakı vəziyyətlərdə ən effektiv diaqnostika üsulu kimi istifadə olunur: Baş ağrısı, başgicəllənmə, yaddaş pozuntusu, epilepsiya kimi nevroloji əlamətlər Bel, boyun, onurğa və oynaqlarda ağrı və diskomfort Onurğa yırtığı, sinir sıxılması, radikulit Qaraciyər, böyrək, mədəaltı vəzi kimi daxili orqanlarda şübhəli hallar Travmalar, şiş ehtimalları, multipl skleroz (MS), insult və digər ciddi diaqnozlar Bu hallar zamanı MRT şüasız, detallı və dəqiq nəticələr təqdim edən yeganə və tövsiyə olunan üsuldur. MRT necə aparılır? (Addım-addım) Sayt və ya WhatsApp vasitəsilə onlayn müraciət edirsiniz Klinikada həkim konsultasiyası keçirilir və MRT prosesinin hər mərhələsində sizə rahatlıq təmin olunur. Zərurət yaranarsa, prosedur anesteziya ilə də həyata keçirilə bilər MRT müayinəsi həyata keçirilir – bu, nahiyədən asılı olaraq 15–45 dəqiqə çəkə bilər Nəticələr 24 saat ərzində elektron və ya çap formasında təqdim olunur və Türkiyəli uzman Dr. Eray Darıcı tərəfindən yazılır və qiymətləndirilir Niyə məhz Diamed Klinikası? MRT müayinəsinin keyfiyyəti yalnız cihazın texniki imkanlarından deyil, həm də nəticələrin düzgün şərhindən asılıdır. Türkiyəli mütəxəssis Dr. Eray Darıcı bu sahədə illərlə formalaşmış təcrübəsi ilə Diamed Klinikası ilə əməkdaşlıq edir. Klinikamızda bütün MRT və USM (UZI) görüntüləri məhz Dr. Eray Darıcı tərəfindən qiymətləndirilir və cavablar onun rəyinə əsasən hazırlanır. Bu isə sizə daha güvənli, dəqiq və vaxtında diaqnostika imkanı təqdim edir. Diamed Klinikası: 1999-cu ildən fəaliyyət göstərən, ölkənin ilk özəl klinikalarından biridir; Nəticələr 24 saat ərzində, həm çap, həm də onlayn təqdim olunur; GE Healthcaremarkalı, yüksək texnologiyalı MRT cihazı ilə müayinələr aparılır; İş saatlarından sonra da qəbul imkanı mövcuddur; Rahat şərait, fərdi yanaşma və pasiyent məmnuniyyəti ön plandadır. 1999-cu ildən fəaliyyət göstərən, Azərbaycanın ilk özəl klinikalarından biri olaraq uzunmüddətli təcrübəyə malikik; İş saatlarından sonra da qəbul imkanı və çevik vaxt təyinatı təklif edirik; Klinikamızda GE Healthcaremarkalı, yüksək texnologiyalı MRT cihazı ilə diaqnostika aparılır; Müayinələr fərdi yanaşma və komfortlu şəraitdə həyata keçirilir. Ən çox verilən suallar MRT nə qədər çəkir? Müayinənin nahiyəsinə görə 15–45 dəqiqə arası dəyişir MRT zərərlidirmi? MRT şüa yaymayan və təhlükəsiz görüntüləmə üsuludur MRT qiyməti nə qədərdir? Müayinənin nahiyəsinə əsasən dəyişir. Qiymət üçün bizimlə əlaqə saxlayın. MRT nəticəsi nə vaxt çıxır? Diamed-də nəticələr 24 saat ərzində onlayn təqdim olunur. Müayinənin nahiyəsinə görə 15–45 dəqiqə arası dəyişir MRT şüa yaymayan və təhlükəsiz görüntüləmə üsuludur Müayinənin nahiyəsinə əsasən dəyişir. Qiymət üçün bizimlə əlaqə saxlayın. Diamed-də nəticələr 24 saat ərzində onlayn təqdim olunur. Vaxt itirmədən, Diamed-in təcrübəli heyəti və texnoloji imkanları ilə MRT müayinəsindən keçin. Nəticələrinizi 24 saat ərzində əldə edin və sağlamlığınızla bağlı qərarları daha etibarlı şəkildə verin. Nəticələrinizi 24 saat içində əldə edin, həkimlə məsləhətləşin və sağlamlığınızı nəzarətdə saxlayın., rahat və peşəkar şəkildə MRT müayinəsindən keçmək üçün bizimlə əlaqə saxlayın. Nəticələrinizi 24 saat içində əldə edin, həkimlə məsləhətləşin və sağlamlığınızı nəzarətdə saxlayın., rahat və peşəkar şəkildə MRT müayinəsindən keçmək üçün bizə müraciət edin. Nəticələrinizi 24 saat içində əldə edin, həkimlə məsləhətləşin və sağlamlığınızı nəzarətdə saxlayın. Diamed Klinikası – Bakı şəhərində MRT, şüasız görüntüləmə, onlayn nəticə, sərfəli qiymət və peşəkar tibbi xidmət axtaranlar üçün etibarlı seçimdir. 25 illik təcrübəmizlə daim xidmətinizdəyik Digər xəbərlər Qan azlığı (anemiya) FibroScan nədir? Qaraciyər müayinəsi üçün biopsiyasız üsul Gündəlik həyatda bel ağrısından necə qorunaq? Xəstəlikdən qorxmayın, gec qalmaqdan qorxun! Plazmaferez nədir? Bədəni toksinlərdən necə təmizləmək olar? Elə indi əlaqə saxlayın : 012 465 06 06 / 050 465 06 06 Qəbula yazıl